“Qiyamət” surəsi, 3-4

Barmaq izlərindəki “şəxsiyyət vəsiqəsi”

Quranda insanların yenidən diriləcəyi bildirilərkən xüsusi olaraq barmaq uclarına diqqət çəkilir. Barmaq izlərinin hər insan üçün bənzərsiz olduğu yalnız XIX əsrin sonunda kəşf edildi.

Quranda610–632
1248+ il sonra
Elmi kəşf1880

1 dəq oxuma

İnteraktiv vizual · hər klikdə yeni, bənzərsiz iz
finger prints
Tek yumurta ikizleri de dahil olmak üzere, her insanın parmak izi kendine özeldir. Başka bir değişle, insanların parmak uçlarında kimlikleri şifrelenmiştir. Bu şifreleme sistemini, günümüzde kullanılmakta olan barkod sistemine benzetmek de mümkündür.

Quranda insanları ölümündən sonra diriltmənin Allah üçün çox asan olduğu bildirilir və bu zaman insanların xüsusilə barmaqlarının uclarına diqqət yetirilir:

بَلَىٰ قَٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّىَ بَنَانَهُۥ ۝٤

“Bəli, biz onun barmaq uclarını da (yenidən) düzəltməyə qadirik”.
“Qiyamət” surəsi, 4

Ayədə barmaq uclarının vurğulanması son dərəcə hikmətamizdir. Çünki bütün insanların barmaq izləri tamamilə bənzərsiz və təkrarsız, tamamilə özünəməxsusdur. Yer üzündə yaşayan hər bir insanın barmaq izi digər insanın barmaq izindən fərqlənir. Bundan başqa, tarix boyunca yaşamış insanların barmaq izləri də bir-birindən fərqlidir. Həmçinin eyni DNT düzülüşünə malik olan və eyni yumurtadan yaranan əkizlər də fərqli barmaq izlərinə sahibdir.1

Barmaq izi doğuşdan əvvəl dölün üzərində son şəklini alır və barmaq onun dəri strukturunu deformasiyaya uğradaraq tamamilə sıradan çıxaran yara almasa, bu izlər ömür boyu sabit qalır. Buna görə də insanlar barmaq izlərini öyrənən elmdən hansısa bir şəxsi müəyyənləşdirmək məqsədilə istifadə edirlər. Bu elm həmin izləri müəyyənləşdirməkdə əsas vasitədir.

Burada ən mühüm məsələ barmaq izlərinin özünəməxsusluğunun yalnız XIX əsrin axırlarında kəşf edilməsidir. Ondan əvvəl insanlar barmaq izlərini heç bir xüsusiyyəti və mənası olmayan cizgilər kimi qəbul edirdilər. Quranda isə o dövrdə heç kimin ağlına gəlməyən barmaq izlərindən bəhs olunur və bu izlərin ancaq zamanımızda qeyd edilən əhəmiyyətinə diqqət yetirilir.

parmak izi
Parmak izi ile kimlik saptama sistemi (AFS) teknolojisi, son 25 yıldır çeflitli polis teşkilatlarında geçerliliği ispatlanmış, yasal olarak onaylanmış bir yöntem olarak kullanılmaktadır. Günümüzde geniş kapsamlı kimlik tespiti çalışmalarında parmak izi kadar isabetli sonuç veren bir teknoloji bulunmamaktadır. Parmak iziyle kimlik tespiti 100 yıldan fazladır hukuki süreçlerde kullanılmaktadır ve uluslararası geçerliliğe sahiptir. A. A. Moenssens,Fingerprint Techniques (Parmak izi Teknikleri) adlı kitabında parmak izinin her insana özel oluşunu şu şekilde değerlendirmiştir: "Şimdiye dek farklı parmaklardaki iki parmak izinden hiçbirinin birbiriyle aynı olduğuna rastlanmamıştır…"

İstinadlar

  1. http://www.ridgesandfurrows.homestead.com/fingerprint.html ↩

Ayə istinadları