“Rəhman” surəsi, 33

Kosmosun kəşfi

İnsanların kosmosu tədqiq və kəşf etməsi 1957-ci il oktyabr ayının 4-də SSRİ-nin “Sputnik” peykinin kosmosa göndərilməsi ilə başlandı. NASA «Sputnik»in kosmosa göndərilməsini kosmos əsrinin başlanğıcı kimi qəbul edir.

1 dəq oxuma

İnteraktiv vizual

İnsanların kosmosu tədqiq və kəşf etməsi 1957-ci il oktyabr ayının 4-də SSRİ-nin “Sputnik” peykinin kosmosa göndərilməsi ilə başlandı. NASA «Sputnik»in kosmosa göndərilməsini kosmos əsrinin başlanğıcı kimi qəbul edir. Yerin orbitindən çıxan ilk insan «Vostok-1» adlı raketlə 1961-ci ildə kosmosa gedən sovet kosmonavtı Yuri Qaqarin oldu.

19571961 لَا تَنفُذُونَ إِلَّا بِسُلْطَٰنٍۢ

Həmçinin Quranda 1400 il əvvəl insanların belə bir sahədə nail olacağı inkişafa və kosmosa çıxmağın mümkün ola biləcəyinə işarə edilir. Allah bu məsələyə Quranda bu ayə ilə diqqət çəkir:

يَٰمَعْشَرَ ٱلْجِنِّ وَٱلْإِنسِ إِنِ ٱسْتَطَعْتُمْ أَن تَنفُذُوا۟ مِنْ أَقْطَارِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ فَٱنفُذُوا۟ ۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلْطَٰنٍۢ ۝٣٣

«Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından kənara çıxa bilərsinizsə, çıxın. Siz ancaq qüvvətlə çıxa bilərsiniz!»
“Rəhman” surəsi, 33

Ayədə “qüvvət” olaraq tərcümə edilən söz, yəni ərəb dilindəki “sultan” kəlməsi “hüccət, bürhan, güc, qüvvət, hökm, qanun, yol, avtoritet, icazə, dəlil” kimi mənalara gəlir.

Diqqət edilsə, görünər ki, yuxarıdakı ayə ilə insanların göylərin və yerin dərinliklərini heç vaxt keçə bilməyəcəkləri deyil, ancaq güc və qüvvətlə keçə biləcəkləri vurğulanır. Allah`ın Quranda bildirdiyi bu məsələ XX əsrdə üstün texnologiya sayəsində həyata keçdi.

Ayə istinadları