“Ənbiya” surəsi, 32

Qorunan tavan və yeddi qat göy

Quranda göyün “qorunub saxlanılan bir tavan” olduğu və yeddi qat halında yaradıldığı bildirilir. XX əsrdə atmosferin həm qatlı quruluşu, həm də həyatı qoruyan funksiyaları kəşf edildi.

Quranda610–632
1326+ il sonra
Elmi kəşf1958

2 dəq oxuma

İnteraktiv vizual · qatların üzərinə gəlin

Allah göy üzünün maraqlı bir xüsusiyyətinə Quranda belə diqqət çəkir:

وَجَعَلْنَا ٱلسَّمَآءَ سَقْفًۭا مَّحْفُوظًۭا ۖ وَهُمْ عَنْ ءَايَٰتِهَا مُعْرِضُونَ ۝٣٢

“Göyü qorunub saxlanılan bir tavan etdik. Halbuki, kafirlər ayələrimizdən üz döndərirlər”.
“Ənbiya” surəsi, 32

Ayədə bildirilən göy üzünün bu xüsusiyyəti çox sonralar - XX əsrdəki elmi tədqiqatlarla sübut edilmişdir. Yer kürəsinin hər tərəfini əhatə edən atmosfer həyatın davam etməsi nöqteyi-nəzərindən çox mühüm funksiyaları yerinə yetirir. Atmosfer Yerə doğru yaxınlaşan irili-xırdalı bir çox meteoriti əridib yox edir və onların Yer üzünə düşərək canlılara zərər verməsinin qarşısını alır. Atmosfer həmçinin kosmosdan gələn və canlılar üçün zərərli olan şüaları da bir növ filtrdən keçirərək təmizləyir. Atmosferin bu xüsusiyyətinin ən maraqlı tərəfi onun sadəcə olaraq zərərsiz miqdarda şüaları, yəni işığı, infraqırmızı şüaları və radio dalğaları keçirməsidir. Bunların hamısı həyat üçün lazımlı şüalardır. Məsələn, atmosfer tərəfindən müəyyən dozada keçməsinə icazə verilən ultrabənövşəyi şüalar bitkilərin fotosintez imkanlarını, beləliklə də bütün canlıların həyatda qalmasını təmin edir. Ancaq Günəş tərəfindən yayılan şiddətli ultrabənövşəyi şüaların böyük hissəsi atmosferin ozon təbəqəsində süzülür və Yer səthinə onların həyat üçün zəruri olan az bir qismi çatır.

Atmosferin qoruyucu xüsusiyyəti təkcə bunlarla bitmir. Yer kosmosun təqribən mənfi 270 dərəcəlik ölümcül soyuğundan yenə atmosfer qatının sayəsində qorunur.

Yeri zərərli təsirlərdən qoruyan yalnız atmosfer deyil. “Van Allen qurşaqları” adlanan və dünyanın maqnit sahəsindən qaynaqlanan bir təbəqə də planetimizə gələn zərərli şüalara qarşı qalxan vəzifəsini atmosferlə birlikdə yerinə yetirir. Günəşdən və digər ulduzlardan davamlı olaraq yayılan bu şüalar insanlar üçün öldürücü təsirə malikdir. Xüsusilə Günəşdə tez-tez meydana gələn və parlama adı verilən enerji partlayışları Yerdəki bütün həyatı məhv edəcək gücdədir. Bu təhlükənin də qarşısını məhz Van Allen qurşaqları alır.

Doktor Hüq Ross (dr. Hugh Ross) Van Allen qurşaqlarının həyatımız üçün əhəmiyyətini belə izah edir:

“Yer Günəş sistemindəki planetlər arasında ən yüksək sıxlığa malikdir. Bu geniş nikel-dəmir nüvəsi böyük bir maqnit sahəsindən də mühüm funksiyanı yerinə yetirir. Yerin bu maqnit sahəsi Van Allen radiasiya qoruyucu təbəqəsini meydana gətirir. Bu təbəqə Yer üzünü radiasiya bombardmanından qoruyur. Əgər bu qoruyucu təbəqə olmasaydı, Yerdə həyat olmazdı. Maqnit sahəsinə malik olan və qayalıqlardan əmələ gələn digər tək planet Merkuridir. Fəqət onun maqnit sahəsinin gücü Yerinkindən 100 dəfə azdır. Van Allen radiasiya qoruyucu təbəqəsi Yer kürəsinə məxsusdur”.1

Keçdiyimiz illərdə təsbit edilən bir partlayışda ortaya çıxan enerjinin Xirosimaya atılan atom bombalarından 100 milyard dəfə güclü olduğu hesablanmışdır. Partlayışdan 58 saat sonra kompasların əqrəblərində həddən artıq hərəkət müşahidə edilmiş, Yer atmosferindən 250 kilometr hündürlükdə istilik 25000 C-yə yüksəlmişdir.

Qısası, Yerin üzərində onu əhatə edən və xarici təhlükələrdən qoruyan mükəmməl bir sistem işləyir. Allah dünyanı əhatə edən göy üzünün bu qoruyucu zirehi barədə əsrlərlə bundan əvvəl Quranda xəbər vermişdir.

van allen
Dünya'nın manyetik alanının oluşturduğu manyetosfer tabakası, yeryüzünü gök taşlarından, zararlı kozmik ışın ve parçacıklardan koruyan bir kalkan gibidir. Yukarıdaki resimde Van Allen Kuşakları adı da verilen bu manyetosfer tabakası görülmektedir. Dünya'nın on binlerce kilometre uzağındaki bu kuşaklar, yeryüzündeki canlıları uzaydan gelebilecek öldürücü enerjiden korumaktadır. Tüm bu bilimsel bulgular, Dünya'nın özel bir şekilde korunduğunu kanıtlamaktadır. Önemli olan, bu korunmanın "gökyüzünü korunmuş bir tavan kıldık" ayetiyle 1400 sene önce Kuran'da haber verilmiş olmasıdır.
arizona meteor
Gökyüzünü seyreden insanlardan çoğunun aklına atmosferin koruyucu yapısı gelmez. Bu yapı olmasa Dünya'nın nasıl bir yer olacağı da çoğu zaman düşünülmez. Yukarıdaki resimde Dünya'ya düşen bir gök taşının ABD Arizona'da açtığı dev çukur görülmektedir. Eğer atmosfer olmasaydı bu gök taşlarının milyonlarcası Dünya yüzeyine düşer ve gezegen yaşanılmaz bir hale gelirdi. Ancak atmosferin koruyucu özelliği sayesindedir ki, Dünya'daki canlılar güven içinde yaşamlarını sürdürürler. Bu, elbette Allah'ın insanlar üzerindeki bir korumasıdır ve Kuran'da haber verilmiş bir mucizedir.
sunearth

İstinadlar

  1. http://www.godandscience.org/apologetics/designss. html ↩

Ayə istinadları