“Nəml” surəsi, 88

Atomun möhkəmliyi və elektron orbıtalları

Yuxarıdakı ayədə bütün maddələrin təməl daşı olan atomun möhkəmliyinə və atomların elektron orbitallarına işarə edilmiş ola bilər.

2 dəq oxuma

İnteraktiv vizual

وَتَرَى ٱلْجِبَالَ تَحْسَبُهَا جَامِدَةًۭ وَهِىَ تَمُرُّ مَرَّ ٱلسَّحَابِ ۚ صُنْعَ ٱللَّهِ ٱلَّذِىٓ أَتْقَنَ كُلَّ شَىْءٍ ۚ إِنَّهُۥ خَبِيرٌۢ بِمَا تَفْعَلُونَ ۝٨٨

Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi kamil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır.
“Nəml” surəsi, 88

Yuxarıdakı ayədə bütün maddələrin təməl daşı olan atomun möhkəmliyinə və atomların elektron orbitallarına işarə edilmiş ola bilər. Atomlar baxımından baxıldığında, ayədəki Allahın “möhkəm” etdiyi ifadəsi, atomların çəkiclə vurulsa belə dağılmayan möhkəm strukturları olaraq izah oluna bilər (doğrusunu Allah bilir). Çünki əşyalar möhkəm olmaz, ancaq atom möhkəmdir. Məsələn bir vaza qırılsa, parçalansa belə onu meydana gətirən atomlar yenə möhkəm qalar. Şiddətli bir çarpmada avtomobil dağıla bilər, partlamaqla göydələn yıxıla bilər; istər narın bir çiçək, istəsə güclü bir metal olsun vəziyyət eynidir: Maddənin atomları pozulmaz, orbitləri dağılmaz. Bu səbəbdən ən zəif quruluşlu görünən maddə belə, əslində yaradılışında çox möhkəmdir. Ayədə “hər şey” deyilməsinin hikməti də, bütün maddələrin əsasının atom olması ola bilər.

Atomun möhkəmliyi və elektron orbıtalları

Atomdakı bağları parçalayaraq yaradılan nüvə bombalarında belə, ortaya yenə möhkəm başqa strukturlar çıxar. Nüvə parçalama reaksiyası nəticəsində, atomun nüvəsi parçalanar və daha kiçik iki atoma ayrılar.

Atomun möhkəmliyi və elektron orbıtalları

Nüvə parçalamada isə iki kiçik atom bir yerə gətirilərək daha böyük bir atom yaradılar. Məsələn Günəş enerjisi bu üsulla (hidrogenin heliuma çevrilməsi ilə) istehsal olunmaqdadır. Nəticə olaraq kainatda maddədən enerjiyə, enerjidən maddəyə davamlı bir çevrilmə və atom səviyyəsində kainatın daxilində etibarlı bir möhkəmlik mövcuddur. Digər bir istiqamətdən ayədə dağların, buludların sürüşməsinə bənzədilən hərəkəti ilə, atomların nüvələri ətrafındakı elektron buludlarına işarə edilir ola bilər (doğrusunu Allah bilir). Dağları meydana gətirən atomların orbitlərindəki elektronlar, nüvə ətrafında davamlı və sürətli hərəkətlərindən ötrü bir bulud görünüşü alarlar. Necə ki, atomun orbitindəki elektronlar, elmi ədəbiyyatda da “elektron buludu” olaraq təyin olunmaqdadır.1 Elektron buludu anlayışı, molekulyar fizika, kimya, ya da kvant kimyasında, elektronların atom nüvəsi ətrafında, buluda bənzər şəkildə hərəkət etmələrini təsvir etmək üçün istifadə edilir.2 Elektron mikroskopu kimi üstün texnologiya məhsulu alətlər ilə müşahidə etmədən atomun quruluşunu anlamaq, elektronların bu görünüşlərini təsbit etmək mümkün deyil. 14 əsr əvvəl üstün texnologiya tələb edən elmlər haqqında, Quranda verilən məlumatların hər dəfə tam doğru olması, Quranın möcüzələrindən biridir. Həmçinin Rəbbimizin Alim (hər şeyi çox yaxşı bilən), Fatır (Yaradan, icad edən) və Xaliq (hər şeyin varlığı boyunca görüb keçirəcəyi halları, hadisələri təsbit və təyin edən və ona görə yaradan, yoxdan var edən) sifətlərinin bir təcəllisidir.

İstinadlar

  1. Henrik Stapelfeldt, “Electrons Frozen en Motion”, Nature, 16 dekabr 2004, cild 432, səh. 809-810; Adrian Cho, “Whispering Atoms”, New Scientist, 16 sentyabr 2000, cild 2256, səh. 15; Albert Stolow, David M. Jonas, “Multidimensional Snapshots of Chemical Dynamics”, Science, 10 sentyabr 2004, cild 305, nömrə 5690, səh. 1575-1577 ↩
  2. http://en.wikipedia.org/wiki/Electron_cloud ↩

Ayə istinadları