“Zariyat” surəsi, 7
Toxunmuş səma
Yuxarıdakı ayədə “təchiz edilmiş” olaraq tərcümə olunan “elhubuk” sözü “habeke” feilindən törəmişdir. Bu feil isə “bir şeyi yaxşı və möhkəm toxumaq; hörmək; möhkəm bağlamaq, yaxşı şəkildə düyünləmək; tərtib etmək” mənalarını…
Özən içində yollar və orbitlərlə təchiz edilmiş” göyə and olsun.
Yuxarıdakı ayədə “təchiz edilmiş” olaraq tərcümə olunan “elhubuk” sözü “habeke” feilindən törəmişdir. Bu feil isə “bir şeyi yaxşı və möhkəm toxumaq; hörmək; möhkəm bağlamaq, yaxşı şəkildə düyünləmək; tərtib etmək” mənalarını verməkdədir. Zəriyət surəsinin 7ci ayəsində istifadə edilən “elhubuk” sözünün bu mənalarını düşündükdə səmanın toxunmuş, ya da hörülmüş bir parça kimi olduğu aydın olmaqdadır. Ayədə bu sözün istifadə edilməsi son dərəcə hikmətlidir və dövrümüzün elmi izahlarını iki istiqamətdən təsdiq etməkdədir. Birinci istiqaməti belədir: Kainatdakı orbit və yollar, elə sıx və bir-biri içinə keçmişdir ki, sanki bir parça toxumasındakı kimi bir-birləri ilə kəsişən xətlər meydana gətirməkdədir. İçində yaşadığımız Günəş Sistemi, Günəş, planetlər, onların peykləri, meteorlar və kometa kimi davamlı hərəkət halındakı göy cisimlərindən meydana gələr. Günəş Sistemi də 400 milyard ulduz ehtiva edən Süd Yolu qalaktikası içində bir yol izləyər.1 Kosmosda isə milyardlarla qalaktika olduğu təxmin edilməkdədir. Minlərlə kilometrlik sürətlə dönən göy cisimləri, sistemlər, bir-biriylə toqquşmadan, kosmosda bir-birini kəsən yollar izləyərlər.

Ulduzların mövqelərini və planetlərin hərəkətlərini tam olaraq xəritələrini hazırlayan astrometriya elmi, yenə göy cisimlərinin hərəkətlərini araşdıran göy mexanikası bu kompleks orbit üzrə hərəkətləri təsbit etmək üçün ortaya çıxmışdır. Qədim zamanlarda astronomlar, orbitlərin yalnız dairəvi olaraq hərəkət etdiklərini fərz etmişlər. Halbuki dövrümüzdə göy cisimlərinin dairəvi, elliptik, parabolik və hiperbolik kimi müxtəlif riyazi nizamlarda orbitləri olduğu bilinməkdədir. Pittsburgh Universitetindən Dr. Carlo Rovelli, bu vəziyyəti “içində yaşadığımız kosmos, inanılmaz dərəcədə kompleks toxunmuş bir şəbəkə” şəklində olduğunu ifadə etməkdədir.2
İkinci bir istiqamət olaraq, Quranda səmanın “toxunmuş, hörülmüş” mənasını verən bir sözlə təsvir edilməsi, fizikadakı “Sim nəzəriyyəsi”nə (String Theory) işarə edir ola bilər (doğrusunu Allah bilir). Bu nəzəriyyəyə görə kainatı meydana gətirən ən fundamental komponentlər, nöqtə kimi hissəciklər deyil; titrəşən miniatür skripka tellərinə bənzəyən ipliklərdir. Tək ölçülü, çox kiçik, bir-birinin eynisi, halqalar şəklində dalğalanan bu ipliklərin, düyün görünüşündə olduqları qəbul edilməkdədir. Skripkanın tellərinin fərqli titrəşmələrindən fərqli səslər çıxması kimi, kainatdakı bütün müxtəlifliyin qaynağının da, bu simlərin fərqli nizamlardakı titrəşmələri olduğu fərz edilməkdədir.3
Eynşteynin ümumi nisbilik, kvant mexanikası kimi nəzəriyyələri tutarlı halda birləşdirən tək nəzəriyyə olaraq, “Sim nəzəriyyəsi”ndə simlərin böyüklüyünü görmək mümkün olmasa da, bu böyüklük riyazi olaraq hesablana bilməkdədir. Elm adamlarının, kosmos-zamanın toxunduğu material olaraq qəbul etdikləri bu simlər (string), 1,6x10-35 m.-dir.4 Plank uzunluğu deyilən bu ölçü, bilinən ən qısa uzunluqdur və atomun nüvəsini meydana gətirən protonların 10-20 qatı qədərdir.5 Əgər bir atom, Günəş Sisteminin ölçüsü qədər böyüdülsəydi, bu simlərdən hər biri bir ağac böyüklüyündə olardı.6 Bir atomun, adi gözlə görülən ən kiçik şeydən 100.000 qat daha kiçik olduğu düşünülsə, bəhs edilən uzunluğun kiçikliyi daha yaxşı aydın ola bilər.
Pensilvaniya Universitetindən fizika professoru Abhay Ashtekar və Varşava Universitetindən fizika professoru Jerzy Lewandowski “Space and Time Beyond Einstein” (Eynşteyndən uzaqda kosmos və zaman) başlıqlı məqalələrində, kosmosun toxunmuş görünüşünü bu ifadələrlə izah etməkdədirlər:
Üstdəki şəkildə Samanyolu qalaktikasındakı yalnız yeddi ulduzul illik hərəkətləri görülməkdədir.


Bu nəzəriyyəsində Eynşteyn cazibə sahəsini, kosmos və zaman parçasının içinə toxudu... Hamımızın alışmış olduğu sabitlik sadəcə bir təxmindir. Əlverişli olması üçün 2 ölçülü bir sabitliyi təmsil edir; lakin həqiqətdə 1 ölçülü ipliklərlə hörülür. Eynisi kosmos-zaman parçası üçün də keçərlidir. Bunun tək səbəbi bu parçanı toxuyan “kvant ipliyi” kainatın bizim yaşadığımız bölgəsində son dərəcə möhkəm toxunmuş olması və bizim bunu bir davamlılıq hesab etməyimizdir. İpliklərin hər birinin, ya da polimer hərəkətliliyinin, bir səthlə kəsişməsi vəziyyətində, təxminən 10- 66 cm ölçülərində “Plank kvant” sahəsi meydana gəlir. Bu da 100 cm2-lik bir sahədə buna bənzər təxminən 1068 kəsişmənin reallaşdığını göstərir. Rəqəm bu qədər yüksək olduğu üçün bu kəsişmələr bir-birlərinə çox yaxındırlar və biz də bunları bir davamlılıq olaraq görüb yanılırıq.7 “New York Times” qəzetində “Kainat necə inşa edildi?” adlı məqalədə də bu cür bəhs edilir: Protonları, neytronları və digər hissəcikləri meydana gətirən kiçik kvarklar belə, Plank miqyasında var ola biləcək kələ-kötürlükləri hiss edə bilməyəcək qədər böyükdür. Lakin yenə də qısa müddət əvvəl fiziklər, kvarklarla birlikdə var olan hər şeyin daha kiçik obyektlərdən meydana gəldiklərini irəli sürdülər. Bunlar 10 fərqli ölçüdə titrəşən super-simlərdir. Plank miqyasında kosmos-zamanın toxuması, Misirin ən nadir pambıqlı parçasının böyüdücü şüşə altında əyrilərin və hörgülərinin sərgilənməsi kimi aşkar olacaq.8 a. 1 metr 10⁰ m b. 1 millimetr 10⁻³ m c. 1 mikrometr 10⁻⁶ m d. 1 nanometr 10⁻⁹ m e. 1 pikometr 10⁻¹² m Nəzəri fizika alimi Lee Smolin, “Three Roads to Quantum Gravity” (Kvant çəkilişinə üç yol) adlı kitabında “How to Weave A String” (İplik necə toxunar) adlı bir hissəyə yer verməkdə və mövzu ilə əlaqədar bunları ifadə etməkdədir: …Kosmos ilmələr toru şəklində “toxunmuş” ola bilər… eynilə bir hissə parçasının ipliklər toru halında “toxunmuş” olması kimi.9
Kosmologiya alimi və astrofizik prof. Martin Rees, “Our Cosmic Habitat” (Kosmik yurdumuz) adlı kitabında mövzu haqqında belə ifadə etməkdədir: Bugünkü konsepsiyalarla kosmos boşluğu çox sadədir... lakin daha kiçik bir ölçüdə araşdırıldığında bir-birinə keçmiş simlər halında ola bilər.10
Allahın Zəriyət surəsinin 7-ci ayəsində kainatın bir parça kimi toxunmuş, orbitlər-yollarla hörülmüş olduğunu bildirməsi, Quranın elmlə fövqəladə uyğunluğunu göstərir. Daha bir çox nümunədə gördüyümüz kimi, 14 əsr əvvəl Quranda bildirilən bütün məlumatların, dövrümüzdə elmi məlumatlarla təsdiq edilməsi son dərəcə düşündürücüdür. Quranın elmi inkişaflarla olan bu mükəmməl uyğunluğu, hər şeyi yaradan və hər şeyi ən yaxşı bilən Rəbbimizin sözü olduğunu açıq şəkildə ortaya qoymaqdadır. Bir ayədə Allah belə buyurmaqdadır:
أَفَلَا يَتَدَبَّرُونَ ٱلْقُرْءَانَ ۚ وَلَوْ كَانَ مِنْ عِندِ غَيْرِ ٱللَّهِ لَوَجَدُوا۟ فِيهِ ٱخْتِلَٰفًۭا كَثِيرًۭا ٨٢
Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.
İstinadlar
- “A universe full of galaxies”, Cosmos, The Science of Everything, 12 iyun 2017, https://cosmosmagazine.com/space/a-universe-full-of-galaxies ↩
- Corc Johnson, “How Is the Universe Built? Grain by Grain”, The New York Times, 7 dekabr 1999; http://www.nytimes.com/library/national/science/120799sci… ↩
- Gabor Kunstatter, “String Theory”, Finding Harmony en Discord: A Physicist's View of Symmetry and Beauty, Physics Department, University of Winnipeg, http://theory.uwinnipeg.ca/users/gabor/symmetry/slide22.html ↩
- http://www.phys.unsw.edu.au/einsteinlight/jw/module6_Plan… ↩
- http://www.physlink.com/Education/AskExperts/ae281.cfm ↩
- http://www.pbs.org/wgbh/nova/elegant/everything.html ↩
- Abhay Ashtekar, Jerzy Lewandowski, “pace and Time Beyond Eynşteyn”, Rzeczpospolita, aprel 2002; http://gravity.psu.edu/people/Ashtekar/articles/Rzeczposp… ↩
- Corc Johnson, “How Is the Universe Built? Grain by Grain”, The New York Times, 7 dekabr 1999; http://www.nytimes.com/library/national/science/120799sci… ↩
- Lee Smolin, Three Roads to Quantum Gravity, Basic Books, New York, 2001, səh. 186 ↩
- Martın Rees, Our Cosmic Habitat, Princeton University Press, 2001, səh. 107 ↩


