“Rəhman” surəsi, 37

Səmadakı qırmızı gül: Rosetta Nebula

Yuxarıdakı ayədəki “qıpqırmızı gül” olduğu zaman ifadəsinin ərəbcəsi “verdeten ke eddihani”dir. Bu ifadə ilə səmada yaranan görüntü, qırmızı rəngdə bir gülə bənzədilməkdədir.

2 dəq oxuma

İnteraktiv vizual

فَإِذَا ٱنشَقَّتِ ٱلسَّمَآءُ فَكَانَتْ وَرْدَةًۭ كَٱلدِّهَانِ ۝٣٧

Göy yarılıb dağ edilmiş yağ (yaxud ərinmiş qurğuşun) kimi qıpqırmızı gül olacaqdır.
“Rəhman” surəsi, 37

Yuxarıdakı ayədəki “qıpqırmızı gül” olduğu zaman ifadəsinin ərəbcəsi “verdeten ke eddihani”dir. Bu ifadə ilə səmada yaranan görüntü, qırmızı rəngdə bir gülə bənzədilməkdədir. Bu tərif, səmada qırmızı rəngdə, çoxhissəli görünüş alan “Rosette Nebula” adlı göy cismi ilə çox böyük bənzərlik daşımaqdadır. Nebula kosmosda olan buluda bənzər qaz kütlələrinə verilən addır. Nebula meydana gəlmədən əvvəl bir ulduzdur və bu ulduzlar çox böyük olduqları üçün, daxildən gələn təzyiq və yüksək istiliyin təsiri ilə kosmos boşluğuna qaz buraxarlar. Bu qaz püskürmələri olduqca böyük miqdarda və sürətlidir. Daha sonra bu qazlar yaxınlaşaraq bir qaz buludu meydana gətirərlər və bu qaz buludunun istiliyi 15.0000C-dən çoxdur.1

Səmadakı qırmızı gül: Rosetta Nebula

Nebulaların bir növü, gülə olan bənzərliyindən ötrü elm adamları tərəfindən də “Rosette Nebula” olaraq adlandırılmaqdadır. Rosette Nebula da geniş bir toz və qaz kütləsidir və bütöv ayın 5 misli qədər bir səth olaraq görünməkdədir.2 Bizdən təxminən 5.000 işıq ili uzaqlıqdadır3 və həqiqi diametrinin 130 işıq ili genişliyində olduğu təxmin edilməkdədir.4

Penn Əyalət Universitetindən astronomiya və astrofizika sahəsindəki qabaqcıl araşdırmaçılardan Leisa Townsley liderliyində bir qrup, Chandra X-rels teleskopunu istifadə edərək, Rosette Nebulanı araşdırdılar. Nebula içərisindəki ulduzların bir-birləriylə toqquşaraq 6 milyon dərəcəlik qaz meydana gətirdiklərini təsbit edərək; Rosette Nebuladakı yüzlərlə ulduzu göstərdilər. Leisa Townsley gördüklərini belə izah etməkdədir:

Rosette Nebula ətrafında, X-şüası yayımından meydana gələn möhtəşəm bir qırmızı parlaqlıq var, bəlkə də qalaktika içərisində ulduzların meydana gəldiyi bölgələrdə bənzərləri də var.5

وَمَا تَكُونُ فِى شَأْنٍۢ وَمَا تَتْلُوا۟ مِنْهُ مِن قُرْءَانٍۢ وَلَا تَعْمَلُونَ مِنْ عَمَلٍ إِلَّا كُنَّا عَلَيْكُمْ شُهُودًا إِذْ تُفِيضُونَ فِيهِ ۚ وَمَا يَعْزُبُ عَن رَّبِّكَ مِن مِّثْقَالِ ذَرَّةٍۢ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ وَلَآ أَصْغَرَ مِن ذَٰلِكَ وَلَآ أَكْبَرَ إِلَّا فِى كِتَٰبٍۢ مُّبِينٍ ۝٦١

Şəkillərdə görülən bu göy cisminin varlığını fərq etmək ancaq texnoloji müşahidə vasitələri ilə mümkün olmaqdadır. Quran ayəsində səma ilə əlaqədar diqqət çəkilən bu vəziyyət, bugünkü astronomiya tapıntıları ilə böyük uyğunluq içərisindədir. Bir Quran ayəsində belə buyurmaqdadır: “Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.
“Yunus” surəsi, 61

İstinadlar

  1. https://www.solarsystemquick.com/universe/crab-nebula.htm ↩
  2. “NGC 2237 - The Rosette Nebula en H-alpha”, Sky & Telescope, http://www.skyandtelescope.com/online-gallery/ngc-2237-th… ↩
  3. http://antwrp.gsfc.nasa.gov/apod/ap010214.html ↩
  4. “The Rosette Nebula”, European Astronomy Picture of the Day, 14 fevral 2017, http://eapod.eu/14february-2017-the-rosette-nebula/ ↩
  5. Chandra x-Rels Observatory, Penn State University Press, 6 sentyabr 2001, http://chandra.harvard.edu/press/01_releases/press_090601… ↩

Ayə istinadları