“Nisa” surəsi, 119

Canlıların kopyalanması

Yuxarıdakı ayədə “kəsmək, qoparmaq” mənasını verən “bəttəkə” felindən törəmiş “yubəttikunnə” ifadəsi keçir.

5 dəq oxuma

İnteraktiv vizual

وَلَأُضِلَّنَّهُمْ وَلَأُمَنِّيَنَّهُمْ وَلَءَامُرَنَّهُمْ فَلَيُبَتِّكُنَّ ءَاذَانَ ٱلْأَنْعَٰمِ وَلَءَامُرَنَّهُمْ فَلَيُغَيِّرُنَّ خَلْقَ ٱللَّهِ ۚ وَمَن يَتَّخِذِ ٱلشَّيْطَٰنَ وَلِيًّۭا مِّن دُونِ ٱللَّهِ فَقَدْ خَسِرَ خُسْرَانًۭا مُّبِينًۭا ۝١١٩

Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb Şeytanı özünə dost tutun şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır.
“Nisa” surəsi, 119

Yuxarıdakı ayədə “kəsmək, qoparmaq” mənasını verən “bəttəkə” felindən törəmiş “yubəttikunnə” ifadəsi keçir. Ayədəki “yuğayyirunnə” ifadəsi isə “başqalaşdırmaq, dəyişdirmək, bir şeyi ilk şəklindən pozub dəyişdirmək” mənalarını verən “ğayyərə” felindən törəyib. Hər iki felin sonunda təkid bildirən “nun” hərfi var; beləliklə ayədəki fellərə qətiyyət mənası qatılıb. Nisa surəsinin 119-cu ayəsindəki bu ifadələr nəzərə alındıqda, bir tərəfdən canlıların kopyalanması və ya klonlanması kimi tanınan elmi işlərə işarə edilir. (Doğrusunu Allah bilir) Çünki klonlama təcrübələri adətən kopyalanacaq heyvanın qulağından götürülən hüceyrələrlə həyata keçirilir. Başqa sözlə, məhz ayədə diqqət çəkildiyi kimi, “heyvanların qulağından kəsilən” toxuma nümunəsindən hüceyrə götürülərək kopya canlı istehsal olunur.

Canlıların kopyalanması

Almaniya Federal Kənd Təsərrüfatı Tədqiqat Mərkəzinin Heyvandarlıq İnstitutunun bir hesabatında bu məlumatlar yer alır:

Toxumanın toplanması qısa və sadədir. Heyvan yerləşdirilib yüyənləndikdə, kəsilmiş qulaq parçası kimi bir toxuma nümunəsi saniyələr içində toplanmış olur. Bundan başqa, somatik hüceyrələr bütün növlərdən toplana bilər… Qulağa vurulan damğalar üçün də istifadə olunan çərtiklərdən istifadə edərək qulaqdan toxuma nümunəsi götürmək yolu ilə iribuynuzlu mal-qara, donuz, qoyun, keçi, dəvə və lamalar üçün tək və eyni prosedur tətbiq edilə bilər. Açığı, bütün növlər üçün limfositlərdən istifadə edilə bilər; lakin qulaq kəsiyindən götürülən somatik hüceyrələri əldə etmək daha asandır və buna görə də onlara daha çox üstünlük verilir.

Qulaq toxumasından nümunə götürülərək kopyalanan canlılarla bağlı xəbərlərdən bir qismi belədir:

  • Reuters agentliyinin 1 may 2002-ci il tarixli hesabatına görə, Braziliyada San-Paulu Universitetində çalışan baytar-tədqiqatçı Joze Visintin bu ölkədə ilk dəfə yetkin bir buzovun qulağından götürdükləri hüceyrələrdən istifadə edərək klonlanmış embrionlar istehsal etdi.
  • BBC-nin xəbərinə görə, Cənubi Koreya elm adamları üç yaşlı bir Əfqan tazısının qulağından götürülən hüceyrə ilə Snuppi adlı bir iti klonladılar. Seul Milli Universitetinin tədqiqatçıları qulaqdan götürülən hüceyrələrdəki genetik materialı çıxararaq onu boş bir yumurta hüceyrəsinə yerləşdirdilər. Daha sonra bu hüceyrə bölünməyə təhrik edilərək embrion istehsal olundu.
  • BBC-nin başqa bir xəbərində isə Fransada Milli Aqrar Elmlər Tədqiqat Mərkəzində doktor Jan-Pol Renar və həmkarlarının apardığı tədqiqatlarda yetkin bir buzovdan götürülən qulaq hüceyrələrindən istifadə edilərək yeni bir klon istehsal edildiyi bildirildi.
  • İnsan Genomu Layihəsinin rəsmi saytında verilən məlumata görə, 2002-ci ilin fevralında Advanced Cell Technology (ACT) adlı biotexnologiya şirkətinin elm adamları donor buzovun qulağından götürdükləri dəri hüceyrələrindən istifadə edərək buzov embrionu klonlama sınaqları apardılar.
  • Associated Press agentliyinin 24 yanvar 2000-ci il tarixli xəbərində Yapon elm adamlarının ilk dəfə iribuynuzlu bir heyvanı — ikinci nəsil buğanı klonladıqları bildirildi. İkinci nəsil klonlama zamanı birinci nəsil klonlanmış buğa hələ dörd aylıq ikən onun qulaq dərisinə aid toxumalardan nümunələr götürüldü. Bu hüceyrələr nüvəsi çıxarılmış mayalanmamış bir yumurta ilə birləşdirildi.

Genetika, embriologiya kimi elm sahələrinin olmadığı bir dövrdə Quranda canlıların yaradılışındakı nizamın dəyişdirilməsinə “qulaq kəsmə” ifadəsi ilə birlikdə diqqət çəkilməsi Quranın zamandan münəzzəh olan Rəbbimizin dərgahından olduğunu göstərir. Bundan başqa, ayənin sonunda həmin şəxslərin Allahın yaratdıqlarını dəyişdirdikdə ziyana uğrayacaqları da bildirilir. Deməli, ayədə bu cəhətdən klonlama işlərinin insanlar üçün müxtəlif problemlər doğuracağına da işarə edilir. (Doğrusunu Allah bilir) Həqiqətən, Yuta Universitetinin Genetika Elmi Tədris Mərkəzinin açıqlamalarında bu məlumatlar yer alır:

Klonlama uğurları haqqında eşitdikdə yalnız nəticə verən bir neçə cəhd barədə öyrənirik. Lakin uğursuz olan çox, çox sayda klonlama təcrübəsindən xəbərimiz olmur! Uğurlu klonlarda belə problemlər sonradan — heyvanın yetkinliyə doğru inkişafı zamanı — artır.

İnsan Genomu Layihəsinin rəsmi internet səhifəsində verilən məlumatlar isə belədir:

Yetkin DNT-dən istifadə edilərək klonlanan ilk məməli Dolli 14 fevral 2003-cü ildə öldü. Dolli ölümünə səbəb olan ağciyər xərçənginə tutulmuşdu və oynaq iltihabı səbəbindən şikəst qalmışdı... Klonlama cəhdlərinin təxminən 90%-i yaşaya bilən nəsil istehsalında uğursuzluğa düçar olur... Bu aşağı uğur nisbəti ilə yanaşı, klonlanan heyvanlarda pozulmuş immun funksiyaları, yüksək infeksiyaya yoluxma nisbəti, şiş inkişafı və digər xəstəliklər daha tez-tez görülür. Yaponiyada aparılan araşdırmalar klonlanan siçanların sağlamlığının pis olduğunu və erkən öldüklərini göstərib... Klonlanmış canlının gənc ikən sağlam görünməsi də onun uzun müddət yaşayacağı anlamına gəlmir. Klonların sirli şəkildə öldükləri məlumdur. Məsələn, Avstraliyanın ilk klonlanmış qoyunu öldüyü gün sağlam və enerjili görünürdü və yarılma nəticələrindən ölüm səbəbi müəyyən edilə bilmədi.

Klonlama təcrübələri ilə ortaya çıxan risklər ümumi şəkildə belədir:

1) Yüksək uğursuzluq nisbəti: Uğur nisbəti cəmi 0,1–3% təşkil edir. Bu, hər 1000 cəhddə 970–999 uğursuzluq deməkdir.

Canlıların kopyalanması

2) İnkişaf zamanı problemlər: Klonlanıb sağ qalan heyvanların orqanları çox vaxt surəti çıxarıldıqları heyvanlara nisbətən anormal dərəcədə böyük olur. Bu da tənəffüs və qan dövranı problemlərinə, sağlam olmayan böyrək və beyin quruluşlarına, pozulmuş müdafiə sistemlərinə yol aça bilər.

3) Anormal gen oxunma qaydası: Klonlar orijinalları ilə eyni DNT-yə sahib olsalar da, klondakı hüceyrə nüvəsi təbii embriondakı ilə eyni proqrama malik deyil. Başqa sözlə, klonun DNT-si normal inkişaf üçün lazım olan doğru genlərin doğru vaxtda oxunmasını həyata keçirə bilmir. Məsələn, sinir, sümük, qan, dəri kimi hər hüceyrə növü üçün fərqli proqram var; lakin klon embrionun genetik proqramları təbii embriondakı kimi sağlam işləmir.

4) Telomer fərqləri: Hüceyrələr bölünərkən xromosomları qısalır. Buna səbəb olan və “telomer” adlanan, xromosomun hər iki ucundakı DNT ardıcıllıqları hər DNT surətinin çıxarılması zamanı qısalır. Heyvan yaşlandıqca qocalığın təbii nəticəsi olaraq telomer də qısalır. Buna görə də kopyalanan canlının xromosomları elə doğulduğu andan qocalmış kimi qısa olur.

Kopyalama təcrübələrində canlı hüceyrənin genetik materialından istifadə edilir, lakin mayalanma süni üsullarla həyata keçirilir. Bu üsullarla Allahın yaratdığı çoxalma mexanizmi pozulur və diaqnoz qoyula bilməyən xəstəliklər, anormal inkişaf pozğunluqları və erkən ölümlərlə qarşılaşılır. Elm adamlarının kopyalama edəcəklərinə və bunun müxtəlif çətinliklərə yol açacağına 1400 il əvvəldən diqqət çəkilməsi Quranın İlahi kitab olduğunu açıq şəkildə ortaya qoyur.

Mənbələr

  1. http://www.gene.ch/info4action/2000/Jan/msg00061.html
  2. http://learn.genetics.utah.edu/units/cloning/cloningrisks/
  3. http://www.ornl.gov/sci/techresources/Human_Genome/elsi/c…
  4. http://learn.genetics.utah.edu/units/cloning/cloningrisks/
  5. http://www.mother-care.ca/rebozo.htm
  6. http://pregnancy.about.com/cs/laborbasics/a/squatting.htm
  7. http://parenting.ivillage.com/pregnancy/plabor/0,,midwife_8swr,00.html?iv_arrivalSA=1&iv_cobrandRef=0&iv_arrival_freq=1&pba=adid=16657989
  8. http://www.unhinderedliving.com/squatting.html?cfA3F3B2C5…
  9. http://health.howstuffworks.com/understanding-pregnancy-s…

Ayə istinadları