“Nur” surəsi, 40

Dənizlərdəki qaranlıq və daxili dalğalar

Nur surəsində dərin dənizdəki “zülmət üstündən zülmət”, dalğa üstündən dalğa təsvir edilir. Bu gün bilirik ki, 200 metrdən dərində işıq demək olar ki, yoxdur və okeanın içində görünməz daxili dalğalar var.

Quranda610–632
1268+ il sonra
Elmi kəşf1900

2 dəq oxuma

İnteraktiv vizual · dərinliyi sürüşdürücü ilə dəyişin

أَوْ كَظُلُمَٰتٍۢ فِى بَحْرٍۢ لُّجِّىٍّۢ يَغْشَىٰهُ مَوْجٌۭ مِّن فَوْقِهِۦ مَوْجٌۭ مِّن فَوْقِهِۦ سَحَابٌۭ ۚ ظُلُمَٰتٌۢ بَعْضُهَا فَوْقَ بَعْضٍ إِذَآ أَخْرَجَ يَدَهُۥ لَمْ يَكَدْ يَرَىٰهَا ۗ وَمَن لَّمْ يَجْعَلِ ٱللَّهُ لَهُۥ نُورًۭا فَمَا لَهُۥ مِن نُّورٍ ۝٤٠

“Yaxud (inkar edənlərin əməlləri) əngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud - zülmət üstündən zülmət örtər. O, əlini çıxardıqda haradasa onu görməz. Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz”.
“Nur” surəsi, 40

Dərin dənizlərdəki ümumi şərait “Oceans” (“Okeanlar”) adlı kitabda bu cür qeyd edilir:

The Region That Controls Our Movements
1. Yüzey Dalgaları 2. Yoğun Su 3. Az Yoğun Su 4. İç Dalgalar Yandaki şekilde farklı yoğunluklardaki iki su tabakası arasındaki yüzeyde bulunan iç dalgalar temsil edilmiştir. Bu tabakalardan alttaki yoğun, üstteki ise daha az yoğundur. Kuran'da Nur Suresi'nin 40. Ayetinde 14 asır önce bildirilen bu bilimsel gerçek günümüz bilim adamları tarafından ancak yakın zamanda tespit edilebilmiştir.

Bu gün bilirik ki, dərin dənizlərdəki və okeanlardakı qaranlıq təxminən 200 metr və daha dərin yerlərdə olur. Bu dərinlikdə demək olar ki, heç bir işıq yoxdur. 1000 metrdən aşağı dərinliklərdə isə işığa rast gəlmək heç cür mümkün deyil.1

Zamanımızda hər hansı bir dənizin ümumi coğrafi quruluşu, burada yaşayan canlıların xüsusiyyətləri, dəniz suyunun duzluluq nisbəti kimi məsələlərlə yanaşı, onun ehtiva etdiyi suyun miqdarı, səthinin sahəsi və dərinliyi kimi məlumatları da araşdırıb öyrənmək mümkündür. Çağdaş dövrün texnologiyasından yararlanmaqla istehsal olunan və dənizaltı dünyanı öyrənməkdə böyük əhəmiyyət kəsb edən müxtəlif cihaz, qurğu və xüsusi alətlər bu bilgiləri mənimsəməyimizdə xüsusi rol oynayan mühüm vasitələrdir.

Bu alətlər olmasa, insanın dənizin 70 metrdən artıq dərininə getməsi demək olar ki, mümkün deyil. Bununla yanaşı, bir insanın heç bir köməyi olmadan okeanların 200 metrliyindəki qaranlıq dərinliklərdə yaşaması da qətiyyən mümkün deyil. Buna görə də alimlər dənizlər haqqında ətraflı məlumatı çox yaxın dövrlərdə əldə ediblər. Halbuki, dərin dənizlərin qaranlıq olması Quranda hələ 1400 il əvvəl xəbər verilmişdir. Heç bir texnologiyanın, beləliklə də insanların dənizlərin dərinliklərinə gedəcək vasitələrin olmadığı bir dövrdə belə bir məlumatın verilməsi, əlbəttə ki, növbəti Quran möcüzələrindən biridir.

Bununla yanaşı, “Nur” surəsinin 40-cı ayəsində bildirilən “əngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud - zülmət üstündən zülmət örtər” ifadəsi də Quranın başqa elmi bir möcüzəsinə işarə edir:

“Alimlər müxtəlif qalınlıqda olan qatların ara səthlərində meydana gələn daxili dalğaların olmasını bu yaxınlarda kəşf ediblər. Daxili dalğalar dəniz və okeanların dərinliklərini əhatə edir. Çünki dərin dənizlərin qalınlığı onların üzərindəki sudan, əslində, daha çoxdur. Daxili dalğalar səthdəki dalğalar kimi hərəkət edir. Dənizlərin üstündəki dalğalar kimi daxili dalğalar da qırıla bilir. İnsan gözü daxili dalğaları görə bilməz, ancaq müəyyən bir zonada olan istilik və duzluluq dəyişiklikləri araşdırılanda bu dalğaların varlığı hiss edilə bilər”.2

darksea
Günümüz teknolojisi ile yapılan ölçümlere göre güneş ışığının %3-30'u deniz yüzeyinde yansıtılır. İlk 200 metredeyse ışık spektrumunun mavi ışığı en son olmak üzere 7 rengin tümü ardı ardınca emilir (soldaki resim). 1.000 m'nin altındaki derinliklerde ise artık hiçbir şekilde ışığa rastlamak mümkün değildir (üstteki resim). Bu bilimsel gerçeğe 1400 yıl önce Nur Suresi'nin 40. ayetinde dikkat çekilmiştir.

Ayədəki ifadələrlə yuxarıdakı izahat bir-biri ilə tamamilə paraleldir. Dənizlə bağlı belə tədqiqatlar aparılmasaydı, insan dənizin təkcə səthindəki dalğaların varlığı haqqında məlumat almaqla kifayətlənə bilməz, onun dənizin daxilində meydana gələn dalğalardan xəbərdar olması əsla mümkün olmazdı. Lakin “Nur” surəsində Allah dənizlərin dərinliklərində ikinci bir dalğaya da diqqət çəkib. Əlbəttə, elm adamlarının yaxın vaxtlarda kəşf etdiyi bu həqiqət Quranın Allah`ın sözü olduğunu bir daha göz önünə gətirir.

İstinadlar

  1. Danny Elder, John Pernetta, Oceans, Mitchell Beazley Publishers, London, 1991, s. 27. ↩
  2. M. Grant Gross, Oceanography, A View of Earth, 6-cı nəşr, Englewood Cliffs, Prentice-Hall Inc., 1993, s. 205. ↩

Ayə istinadları