“Rəhman” surəsi, 19-20
Bir-birinə qarışmayan dənizlər
Rəhman surəsində bir-birinə qovuşan, lakin aralarındakı maneə səbəbindən qarışmayan iki dənizdən bəhs edilir. Okeanoqraflar bu həqiqəti çox yaxın keçmişdə kəşf etdilər.
Dənizlərin tədqiqatçılar tərəfindən çox yaxın keçmişdə aşkarlanan bir xüsusiyyəti Quranın “Rəhman” surəsində belə açıqlanır:
مَرَجَ ٱلْبَحْرَيْنِ يَلْتَقِيَانِ ١٩ بَيْنَهُمَا بَرْزَخٌۭ لَّا يَبْغِيَانِ ٢٠
“İki dənizi O qovuşdurdu. Amma onların arasında maneə vardır, bir-birinə qarışmazlar”.

Bir-birinə qovuşan, amma suları bir-birinə qətiyyən qarışmayan dənizlərin Quran ayəsində 14 əsr əvvəl bildirilən bu xüsusiyyəti okeanoloqlar tərəfindən bir müddət əvvəl kəşf edilib. Sübuta yetirilib ki, qonşu dənizlərin suları bir-birinə “səth daralması” adı verilən fiziki bir qüvvə ucbatından qarışmır. Dəniz sularının fərqli sıxlıqlarından qaynaqlanan səth daralması hadisəsi suların bir-birinə qarışmasına, adətən, bir divar kimi mane olur.1
Əlbəttə ki, işin əsl möcüzəvi tərəfi insanların nə fizikadan, nə səthin daralması anlayışından, nə də okeanoqrafiya elmindən xəbərdar olmadığı bir dövrdə bu həqiqətin Quranda bildirilməsidir.

İstinadlar
- Richard A. Davis, Principles of Oceanography, Addison-Wesley Publishing Company, Don Mills, Ontario, ss. 92-93. ↩

