“Məryəm” surəsi, 23-25
Doğumu asanlaşdıran çəkmə hərəkəti
Dövrümüzün tibbi məlumatları göstərməkdədir ki, doğum əsnasında bir cismin çəkilməsi, körpənin doğum kanalından aşağıya doğru hərəkət etməsini asanlaşdırmaqdadır.
فَأَجَآءَهَا ٱلْمَخَاضُ إِلَىٰ جِذْعِ ٱلنَّخْلَةِ قَالَتْ يَٰلَيْتَنِى مِتُّ قَبْلَ هَٰذَا وَكُنتُ نَسْيًۭا مَّنسِيًّۭا ٢٣ فَنَادَىٰهَا مِن تَحْتِهَآ أَلَّا تَحْزَنِى قَدْ جَعَلَ رَبُّكِ تَحْتَكِ سَرِيًّۭا ٢٤ وَهُزِّىٓ إِلَيْكِ بِجِذْعِ ٱلنَّخْلَةِ تُسَٰقِطْ عَلَيْكِ رُطَبًۭا جَنِيًّۭا ٢٥
Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!” Məryəmin aşağı tərəfindən (bir səs) onu səsləyib dedi: “Qəm yemə, Rəbbin sənin ayağının altından bir bulaq axıtdı. Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün.
Dövrümüzün tibbi məlumatları göstərməkdədir ki, doğum əsnasında bir cismin çəkilməsi, körpənin doğum kanalından aşağıya doğru hərəkət etməsini asanlaşdırmaqdadır. Çəkmə əsnasında istifadə edilən əzələlər, körpənin rəhm xaricinə itələnilməsini təmin edən əzələlər ilə eynidir. Bunu təmin etmək üçün tavana asılmış bir ip və ya dəstək bir qola asılma, doğum yatağının iki kənarına yerləşdirilmiş qolları çəkmə və ya bir başqa adamın əlindən tutub çəkmə kimi üsullar istifadə edilməkdədir.1

Bunun üçün “squat bar” deyilən, doğum əsnasında yataqlara birləşdirilən tərs U şəkilli bir qol istifadə edilməkdədir. Bu barın çəkilməsi körpənin rəhm xaricinə itələnilməsi mərhələsini asanlaşdırmaqda, doğum kanalının dərinliyini qısaltmaqda, rəhm ağzını genişlətməkdə və doğum əsnasında istifadə edilən bir çox alət və texnikaya olan ehtiyacı azaltmaqdadır.2
Bu dəstək qolu, ananın özünü yuxarı doğru çəkmək hərəkəti etməsinə kömək etməkdədir. Körpənin itələnilməsi əsnasında da ananın sabit qalmasını təmin edər.3 Bu mövqedə körpəsini doğum kanalından hərəkət etdirmək üçün lazımlı olan əzələ qüvvəsi üçün minimum güc sərf olunar. Beləcə ləyən sümüklərinə maksimum təzyiq, minimum əzələ qüvvəsi ilə təmin edilmiş olar. Həmçinin ləyən sümükləri açılaraq, körpənin keçməsi üçün 30% nisbətində daha çox yer təmin edər. Uzanaraq çəkmə hərəkəti ilə, bədənin itələmə gücü ən üst səviyyəyə çıxar və körpənin doğum əsnasında düz dönməsini təmin edər.4 Hz. Məryəmə də Allahın mələyi vasitəsi ilə xurma budaqlarını özünə doğru çəkməsini bildirməsi son dərəcə hikmətlidir. Ayədə keçən “huzziy” sözü “sürətlicə çəkmək, silkələmək, hərəkət etdirmək” mənalarını verməkdədir. Xurmanın doğumu asanlaşdırıcı və bəsləyici əhəmiyyəti ilə yanaşı, budaqların silkələmək üzrə çəkilməsi, budaqlara uzanmaq da həmçinin doğumu asanlaşdırıcı hərəkətlərdir. Dövrümüzdə tətbiq olunan bu üsul, Allahın hz. Məryəmi rəhməti ilə dəstəklədiyinin, Quranın hər şeyin məlumatına sahib Uca Rəbbimizin vəhyi olduğunun dəlillərindən biridir.
İstinadlar
- “Labor Positions: Tug of War”, Birthing Naturally, http://birthingnaturally.net/labor-positionstug-of-war/ ; Historical and Traditional Birthing Positions, https://wellroundedmama.blogspot.com.tr/2015/03/historica… ↩
- Robin Elise Weiss, Benefits of Squatting for Birth, 16 aprel 2018, https://www.verywellfamily.com/squatting-for-birth-2752959 ↩
- “The Importance and Benefits of a Squatting Birth”, Baby Prepping, http://www.babyprepping.com/pregnancy-planning/benefits-s… ↩
- “Using a Wrap for Labor and Birth”, Wrap Your Baby, https://wrapyourbaby.com/using-a-wrapfor-labor-and-birth/ ↩


