“Mürsəlat” surəsi, 20-23
Müdafiəsi möhkəm ana rəhmi
Ana bətnindəki döl bədənə yad olmasına baxmayaraq müdafiə sisteminin hücumuna məruz qalmır.
أَلَمْ نَخْلُقكُّم مِّن مَّآءٍۢ مَّهِينٍۢ ٢٠ فَجَعَلْنَٰهُ فِى قَرَارٍۢ مَّكِينٍ ٢١ إِلَىٰ قَدَرٍۢ مَّعْلُومٍۢ ٢٢ فَقَدَرْنَا فَنِعْمَ ٱلْقَٰدِرُونَ ٢٣
Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi məlum bir vaxta kimi? Biz nütfəni yaratmağa qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz!
Ana bətnindəki döl bədənə yad olmasına baxmayaraq müdafiə sisteminin hücumuna məruz qalmır.

وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَٰنَ مِن سُلَٰلَةٍۢ مِّن طِينٍۢ ١٢ ثُمَّ جَعَلْنَٰهُ نُطْفَةًۭ فِى قَرَارٍۢ مَّكِينٍۢ ١٣ ثُمَّ خَلَقْنَا ٱلنُّطْفَةَ عَلَقَةًۭ فَخَلَقْنَا ٱلْعَلَقَةَ مُضْغَةًۭ فَخَلَقْنَا ٱلْمُضْغَةَ عِظَٰمًۭا فَكَسَوْنَا ٱلْعِظَٰمَ لَحْمًۭا ثُمَّ أَنشَأْنَٰهُ خَلْقًا ءَاخَرَ ۚ فَتَبَارَكَ ٱللَّهُ أَحْسَنُ ٱلْخَٰلِقِينَ ١٤
Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında müdafiəsi möhkəm yerdə qərarlaşdırdıq. Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır!
İnsanın yaradılışı ilə əlaqədar yuxarıdakı ayələr, embriologiya sahəsinə aid təməl məlumatlar ehtiva etməkdədir. Ayələrdəki rəhm bölgəsini təsvir edən “müdafiəsi möhkəm bir yerdə qərarlaşdırdıq” ifadəsi isə, günümüzdəki tibb məlumatı ilə daha yaxşı aydın olan, əhəmiyyətli bir xüsusiyyətə işarə etməkdədir (doğrusunu Allah bilir). Sperma və yumurta hüceyrələrinin birləşməsi ilə yaranan ziqotdan, trilyonlarla hüceyrənin uyğunluq içində işlədiyi, tam bir insan olana qədərki müddət ana rəhmində keçər. Embrionun 9 aylıq bir müddətdə inkişafını tamamladığı bu yer (rəhm) ayədə də bildirildiyi kimi, “müdafiəsi möhkəm” bir məkandır.
Ayələrdəki “müdafiəsi möhkəm” olaraq tərcümə olunan “mekiynin” ifadəsi, “sarsılmaz, möhkəm, güclü, yerindən ayrılmayan, möhkəm yerinə yerləşmiş” kimi mənalar ehtiva etməkdədir. “Kararin” sözü isə “yerləşmə məkanı, qalma, sabitlik, möhkəmlik, dayanma yeri” kimi mənalara gəlməkdədir. Bu sözlər rəhmin möhkəm, qorunan bir məkan olduğunu çox hikmətli bir şəkildə təsvir etməkdədir.
Xarici faktorlara, işığa, səsə qarşı izolyasiya təmin edən ana rəhmi, əvvəlcə körpəni hər cür zərbədən və təzyiqdən qoruyar. Çanaq boşluğunda yerləşən rəhm, bu bölgənin qalın və güclü sümüklərlə əhatə olmasından ötrü, çox yaxşı qorunur. Rəhm bölgəsi, hamiləlik sonuna qədər körpənin ağırlığını daşımasını təmin edən, xaricdə güclü əzələ divarları, daxildə də “endometrium” deyilən təbəqə ilə örtülüdür. Bu güclü əzələlərdən ibarət olan quruluş, körpənin böyüməsi və inkişafı üçün son dərəcə əlverişli bir quruluşa malikdir. Hamiləlik dövründə bölgədəki sümükləri bir-birinə bağlayan bağlar da qalınlaşar və uzanar. Möhkəm çanaq sümükləri ilə rəhmin üst qisminə yapışıq halda olan bağlar, rəhmə möhkəm və sabit quruluş qazandırar.
Embrionun inkişafı əsnasında ehtiyacı olan istilik, su, oksigen və bəslənmə qaynağına da malikdir. Ana rəhmi, hamiləlik dövründə, möhkəmliyini artıracaq çox sayda dəyişikliyə uğrayar. Ehtiva etdiyi əzələ, bağ və elastik toxumalarla birlikdə, qan damarları və sinirlər də miqdar olaraq artar. Beləcə rəhmin zərər görmədən ağırlığının 20 qatına çıxması, tutumunun 1.000 qat artması mümkün olar.1 Rəhmə dəstək verən uşaqlıq borusu, yumurtalıqlar və digər bağ toxumaları da tamamilə genişləyərək elastiklik qazanar.2 Rəhmin dəyişmə müddəti, embrion yüzlərlə qat böyüyüb sağlam bir körpə olduqdan sonra da davam edər. Bu səfər körpənin rəhmdən sağlam bir şəkildə çıxmasına imkan verəcək şəkildə quruluşu dəyişər.

Hamiləlik dövründə körpənin qorunmasıyla əlaqədar olaraq son dərəcə möcüzəvi bir vəziyyət daha reallaşar və körpə daxili hücumlardan qorunar. Orqan, hətta ilik nəqlində belə, xarici bir maddənin bədənə girməsi ilə, insanın müdafiə sistemi reaksiya verməyə başlayar və bəzən bu reaksiyalar ölümcül nəticələr doğura bilər.3 Lakin döl üçün bu baş verməz və ananın müdafiə etmə sistemi, onu yad hesab etməz. Ananın immunitet sisteminin, atadan gələn xarici genlərə qarşı dözümlülük göstərməsi, fövqəladə bir vəziyyətdir; çünki körpə 50% yad insanın quruluşunu daşımaqdadır. Bu vəziyyəti “heyranlıq verici” olaraq xarakterizə edən Guelph Universitetindən elm adamı Marianne van den Heuvel; “Bu immunitet baxımından hər zaman bir bilməcə olaraq qalmışdır; çünki döl əslində anaya yaddır. Ananın parçası olduğu qədər, atanın da parçasıdır. Bədənin bunu rədd etməsi lazımdır.”4 deməkdədir.
Virus, şiş kimi xarici hüceyrələri tanıyıb, öldürən immunitet sistemindən gözlənilən, döl hüceyrələrinə də savaş açmasıdır. Ancaq Allahın diləməsi ilə belə bir vəziyyət reallaşmaz və rəhm son dərəcə etibarlı, möhkəm bir yer olma xüsusiyyətini qoruyar. Quranda embriologiya sahəsi ilə əlaqədar verilən məlumatların hamısı, müasir tibb ilə tam uyğunluq içindədir. Hər biri inkişaf etmiş texnologiya səviyyəsi nəticəsində ortaya çıxan bu məlumatlar, Quranın, bütün elmlərin sahibi, hər Qan hüceyrələri şeyin Yaradıcısı Uca Rəbbimizin vəhyi olduğunun ən açıq dəlillərindəndir. Əsrlərlə əvvəl elm dünyasına işıq tutacaq məlumatlarla dolu olan Quran-i Kərimdə “insan” belə bildirilməkdədir:
وَفِى خَلْقِكُمْ وَمَا يَبُثُّ مِن دَآبَّةٍ ءَايَٰتٌۭ لِّقَوْمٍۢ يُوقِنُونَ ٤
Sizin yaradılışınızda və Allahın Yer kürəsinə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır.
İstinadlar
- Elizabeth Eden, Changes en the Reproductive System During Pregnancy, https://health.howstuffworks.com/pregnancy-and-parenting/… ↩
- a.k.ə. ↩
- “Transplant Rejection”, Medical Encyclopedia, MedlinePlus, https://medlineplus.gov/ency/article/000815.htm ↩
- Marianne van da Heuvel, “Biomedical Scientist Explores Rola of Immune System en Pregnancy”, Communications and Public Affairs, 20 noyabr 2002, http://www.uoguelph.ca/mediarel/archives/002054.html ↩


