“Ənam” surəsi, 76

Halley ulduzu və 76 il

Müasir astronomiyadakı əhəmiyyətli kəşflərdən biri Halley ulduzunun kəşfidir. Edmund Halley adlı elm adamı, bu ulduzun 76 illik fırlanma müddəti olduğunu 18-ci əsrdə ortaya qoymuşdur.

1 dəq oxuma

İnteraktiv vizual

Müasir astronomiyadakı əhəmiyyətli kəşflərdən biri Halley ulduzunun kəşfidir. Edmund Halley adlı elm adamı, bu ulduzun 76 illik fırlanma müddəti olduğunu 18-ci əsrdə ortaya qoymuşdur. Edmund Halley bu kəşfi ilə, kometaların astronomik orbitlərini də açıqlığa qovuşdurmuşdur. “Halley” adı ilə tanınan bu ulduzun adı, Quranda diqqət çəkici bir şəkildə Ənam surəsinin 76-cı ayəsində keçməkdədir:

Halley ulduzu və 76 il

فَلَمَّا جَنَّ عَلَيْهِ ٱلَّيْلُ رَءَا كَوْكَبًۭا ۖ قَالَ هَٰذَا رَبِّى ۖ فَلَمَّآ أَفَلَ قَالَ لَآ أُحِبُّ ٱلْءَافِلِينَ ۝٧٦

Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb: “Bu mənim Rəbbimdir!” – dedi. O batdıqda isə: “Mən batanları sevmirəm!” – dedi.
“Ənam” surəsi, 76

“Halley” sözünü meydana gətirən hərflər, Quranda ilk dəfə bu ayədə keçməkdədir. Üstəlik bu ayədə “itib gedən” bir ulduzdan bəhs edilməsi də son dərəcə mənalıdır. Həmçinin bu ayədə “ulduz” mənasını verən Ərəbcə “kevkeba” sözü də, “Halley” hərflərinin tam yanında yerləşməkdədir:

Bu ayənin nömrəsi olan 76 sayı da ulduzun fırlanma müddəti olan 76 ilə işarə edilmiş ola bilər (doğrusunu Allah bilir). Ayənin nömrəsi olan 76 sayı, Halley ulduzunu təmsil edər; çünki Halley ulduzu 76 ildə bir dünyadan görünər, yəni orbitini 76 ildə bir tamamlayar. Bu səbəblə Halley ulduzunun Quranda ilk olaraq 76-cı ayədə keçməsi Allahın bir möcüzəsidir.

Halley ulduzu və 76 ilHalley ulduzu və 76 il

NASAtərəfindən 8 mart 1986-cı ildə görüntülənən Halley kometası.

Ayə istinadları