“Müddəssir” surəsi, 30

Quranda 19 möcüzəsi

Müddəssir surəsində “Onun üzərində on doqquz vardır” buyurulur. Bəsmələnin 19 hərfindən 114 (19 × 6) surəyə, Paskal üçbucağına qədər 19 rəqəmi Quranın quruluşuna şifrə kimi yerləşdirilib.

6 dəq oxuma

İnteraktiv vizual · Bəsmələ · Paskal · Faktlar rejimləri

عَلَيْهَا تِسْعَةَ عَشَرَ ۝٣٠

Quranın riyazi möcüzələrinin başqa biri isə 19 rəqəminin ayələrin içinə şifrlənmiş bir şəkildə yerləşdirilməsidir. Quranda “Onun üstündə on doqquz vardır” ayəsi ilə nəzərlərimizi cəlb edən bu rəqəm Quranın əksər yerində şifrlənmişdir. Bunun nümunələrindən bir hissəsini belə saya bilərik:
“Müddəssir” surəsi, 30

“Bismillah” kəlməsi 19 hərfdən ibarətdir.

kuran_mucizeleri_19_sayisi

Quranda 114 (19 x 6) surə var.

İlk vəhy olunan surə (96-cı surə) axırdan 19-cu surədir.

Quranın ilk vəhy edilən ayələri 96-cı surənin ilk 5 ayəsidir və bu ayələrdəki kəlmələrin sayı cəmi 19-dur.

Göründüyü kimi, ilk 5 ayə cəmi 19 kəlmədən ibarətdir. Arada qeyd edilən “vav” kəlmə yox, hərfdir. “Bə” hərfləri də eyni şəkildə bu saya daxil edilməyib.

19 mucizesi, kuran mucizeleri

Vəhy edilən ilk surə (“Ələq” surəsi) 19 ayəyə malikdir və özündə 285 hərfi (19 x 15) ehtiva edir.

Axırıncı vəhy edilən surə olan “Nəsr” cəmi 19 kəlmədən ibarətdir.

Bundan başqa, “Nəsr” surəsinin Allah`ın köməyindən bəhs edən ilk ayəsi də 19 hərfdən ibarətdir.

kuran_mucizeleri_19_mucizesi

Quranda 114 (19 x 6) “Bismillah” sözü var. Bu say da 19-dan 6 dəfə çoxdur.

nasr_suresi_kuran_mucizesi

Quranda 113 surə “Bismillah”la başlayır. Başında “Bismillah” olmayan yeganə surə 9-cu surə olan “Tövbə” surəsidir. Quranda ancaq “Nəml” surəsində iki “Bismillah” var. Bunlardan biri surənin əvvəlində, digəri isə 30-cu ayədə qeyd edilmişdir. “Bismillah”la başlamayan “Tövbə” surəsindən etibarən saymağa başlayanda “Nəml” surəsinin 19-cu sırada yerləşdiyini görmək olar.

kuran_mucizeleri_19_mucizesi Tevbe Besmel YOK_Nemlde 2Bemele

19 surə sonra gələn 27-ci surə olan “Nəml” surəsinin həm əvvəlində, həm də 30-cu ayəsində “Bismillah” var. Beləliklə, 27-ci surədə iki “Bismillah” var. “Bismillah”ların sayını 114-ə çatdıran ayə 27-ci surənin 30-cu ayəsidir. Bundan başqa, surə və ayə nömrələrini, yəni 27 və 30-u toplayanda 57 (19 x 3) sayını əldə edirik.

“Tövbə” surəsindən (9) “Nəml” surəsinə (27) qədər olan surə nömrələrinin cəmi 9+10+11+12+13+14+15+16+17+18+19+20+21+22+23+24+25+26+27=342 edir. Bu da 19 rəqəminin 18 qatıdır.

19-la 19-un bir neçə qatı olan ayələrdə qeyd edilmiş “Allah” kəlmələrinin cəmi 133-dür (19 x 7).

“Bir” mənasına gələn “vahid” (“i” hərfi bu söz oxunarkən əlavə edilir) kəlməsinin əbcəd dəyəri 19-dur. Quranda bu kəlmə “bir çeşid yemək”, “bir qapı” və s. kimi müxtəlif kəlmələr üçün işlədilmişdir. “Tək Allah” olaraq işlədilməsi isə 19 dəfədir.

"Vahd" kelimesinin harfleriHarflerin Sayısal DeğerleriV6A1H8D4Kelimenin Toplam Ebced Değeri19

19 dəfə “vahd” kəlməsinin qeyd edildiyi ayələrin surə və ayə nömrələrinin cəmi 361 (19 x 19)-dur.

Başlanğıc hərflərinin olduğu birinci surə ilə başlanğıc hərflərinin olduğu axırıncı surə arasında başlanğıc hərflərinin olmadığı 38 (19 x 2) surə var.

“Rəhman” kəlməsi isə Quranda 57 (19 x 3) dəfə qeyd edilir.

Quranda 30 fərqli rəqəm qeyd edilib.

171970100028208020003930993000410401005000511502005000061260300100000

Quranda qeyd edilən bütün bu rəqəmləri (təkrarlarını nəzərə almadan) toplayanda əldə edilən say 162.146-dır. Bu da 19-la 8534-in hasilidir: 1+2+3+4+5+6+7+8+9+10+11+12+19+20+30+40+50+60+70+80+99+100+200+300+1000+2000+3000+5000+50.000+100.000=162.146 (19 x 8534).

Bu 30 fərqli rəqəmə əlavə olaraq Quranda 8 ədəd kəsirli saydan bəhs edilir. Bunlar 1/10, 1/8, 1/6, 1/5, 1/4, 1/3, 1/2, 2/3-dir. Beləliklə, Quran özündə 38 (19 x 2) fərqli sayı ehtiva edir.

Quranın əvvəlindən etibarən 19 ayəyə sahib olan ilk surəsi “İnfitar” surəsidir. Bu surənin başqa bir xüsusiyyəti də axırıncı kəlməsinin “Allah” kəlməsi olmasıdır. Bu həm də Qurandakı axırdan 19-cu “Allah” kəlməsidir.

“Qaf” hərfi ilə başlayan 50-ci surədə 57 (19 x 3) “qaf” hərfi var. Əvvəlində “qaf” hərfi olan 42-ci surədə yenə 57 (19 x 3) ədəd “qaf” hərfi var. 50-ci surənin 45 ayəsi var. Bunları toplasaq, (42+53) yenə 95 (19 x 5) edir.

50. sure57 (19 x 3) kaf harfi42. sure57 (19 x 3) kaf harfi50. surede45 ayet50+45=95 (19 x 5)42. surede53 ayet42+53=95 (19 x 5)

“Qaf” surəsinin ilk ayəsində Quran üçün işlədilən “məcid” kəlməsinin əbcəd dəyəri 57 (19 x 3)-dir. Yuxarıda da qeyd etdiyimiz kimi, surə içindəki “qaf” surələrinin cəmi də 57-dir.

“Qaf” surəsindəki “qaf” hərflərinin qeyd edildiyi ayələrin nömrələrini toplayanda 19-un 42 qatı olan 798 sayını əldə edirik. 42 isə başlanğıc hərfləri arasında “qaf” olan başqa bir surənin nömrəsidir.

“Nun” hərfi yalnız 68-ci surənin əvvəlində qeyd edilir. Bu surədəki “nun” hərflərinin cəmi 133 (19 x 7)-dür.

SURE NOAYET SAYISI19 x 119. sure9919 x 238. sure8919 x 357. sure3019 x 476. sure3219 x 595. sure19 x 6114. sureTOPLAM266 (19 x 14)

Surə nömrələri 19-un qatı olan surələrin ayə saylarını (“Bismillah” da daxil olmaqla) toplayanda 266 (19 x 4) alınır.

“Ya” və “sin” hərfləri “Yasin” surəsinin əvvəlində mövcuddur. “Sin” hərfi “Yasin” surəsində 48 dəfə qeyd edildiyi halda, “ya” hərfi 237 dəfə qeyd olunub. Bu iki hərfin cəmi 285 (19 x 15)-dir.

Yalnız bir surə - 7-ci surə “əlif”, “lam”, “mim”, “sad” başlanğıc hərfləri ilə başlayır. “Əlif” hərfi bu surədə 2529 dəfə, “lam” hərfi 1530 dəfə, “mim” hərfi 1164 dəfə və “sad” hərfi 97 dəfə qeyd edilmişdir. Bu qayda ilə 4 hərf bu surədə birlikdə 5320 dəfə qeyd edilir: 2529 + 1530 + 1164 + 97 = 5320 (19 x 280).

“Əlif”, “lam”, “mim” hərfləri ərəb dilində ən çox istifadə edilən hərflərdir. Bu hərflər bir yerdə 6 surənin - 2, 3, 29, 30, 31 və 32-ci surələrin əvvəlində yer almışlar. Bu 3 hərf 6 surənin hər birində cəmi 19-un qatı olaraq qeyd edilmişdir. Cərgə ilə [9899 (19 x 521), 5662 (19 x 298), 1672 (19 x 88), 1254 (19 x 66), 817 (19 x 43)]. Bu üç hərfin 6 surədə birlikdə qeyd edildiyi yerin sayı 19874 (19 x 1046)-dür.

“Əlif”, “ləm”, “ra” başlanğıc hərflərinin 10, 11, 12, 14 və 15-ci surələrdə birlikdə qeyd edildikləri yerlərin sayı 2489 (19 x 131), 2489 (19 x 131), 2375 (19 x 125), 1197 (19 x 63) və 912 (19 x 48)-dir.

“Əlif”, “ləm”, “mim”, “ra” başlanğıc hərflərinin birlikdə qeyd edildiyi yer 1482 (19 x 78)-dir. “Əlif” hərfi 605 dəfə, “ləm” hərfi 480 dəfə, “mim” hərfi 260 dəfə və “ra” hərfi 137 dəfə qeyd edilmişdir.

“Kaf”, “ha”, “ya”, “ayn”, “sad” başlanğıc hərfləri ancaq bir surədə - 19-cu surədə qeyd edilmişdir. “Kaf” hərfi bu surədə 137 dəfə, “ha” hərfi 175 dəfə, “ya” 343 dəfə, “ayn” 117 dəfə və “sad” hərfi 26 dəfə qeyd edilmişdir. 5 hərfin cəm olaraq qeyd edildiyi yerlərin sayı 137 + 175 + 343 + 117 + 26 = 798 (19 x 42)-dir.

Bu mövzudakı başqa qeydlər isə belədir.

Bütün Quranda:

◉ “ətiu” (itaət edin) kəlməsi 19 dəfə;

◉ “abd” (qul, bəndə), “abid” (qulluq edən) və “ibadət” kəlmələri isə cəmi 152 (8 x 19) dəfə qeyd edilir.

Allah`ın adlarından aşağıda nümunə kimi verilən bəzilərinin sayının əbcəd dəyəri də 19-un qatlarıdır.

◉ “Vahid” (tək) 19 (19 x 1)

◉ “Cami” (toplayan) 114 (19 x 6)

(Doğrusunu Allah bilir.)

Mənbələr

  1. "The Celtic Wheel of the Year Calendar;" www.iol.ie/~plugin/stonecal.htm
  2. Robert Nemiroff, Jerry Bonnell, "Astronomy Picture of the Day Index - Solar System: Comets: Halley," http://antwrp.gsfc.nasa.gov/apod/halley.html

Ayə istinadları