“Qəmər” surəsi, 22
Quranın təqlid edilməsinin qeyri-mümkünlüyü
Bu hissəyə qədər Quranın elmi və tarixi nöqteyi-nəzərdən möcüzəli xüsusiyyətlərini qismən
Bu hissəyə qədər Quranın elmi və tarixi nöqteyi-nəzərdən möcüzəli xüsusiyyətlərini qismən
Hər şeydən əvvəl qeyd olunması lazım gələn məsələ Quranın hər bir dövrdə istənilən insan toplumuna müraciət etməyi bacaran bir üsluba malik olmasıdır. Quran onu oxuyan adamların elmi və mədəni səviyyəsindən asılı olmayaraq, hamının başa düşə biləcəyi bir dilə sahibdir. Bir ayədə Allah Quran haqqında belə buyurur:
وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍۢ ٢٢
“And olsun ki, biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq...”
Asan başa düşülən üslubda yazılmasına baxmayaraq, Quranın üslubunun təqlid edilməsi heç bir cəhətdən mümkün olmamışdır. Allah`ın Quranın bənzərsiz olmasına diqqət çəkdiyi ayələrdən bir neçəsi belədir:
وَإِن كُنتُمْ فِى رَيْبٍۢ مِّمَّا نَزَّلْنَا عَلَىٰ عَبْدِنَا فَأْتُوا۟ بِسُورَةٍۢ مِّن مِّثْلِهِۦ وَٱدْعُوا۟ شُهَدَآءَكُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمْ صَٰدِقِينَ ٢٣
“Əgər bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, onda Allah`dan savayı şahidlərinizi çağırın!”
أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۖ قُلْ فَأْتُوا۟ بِسُورَةٍۢ مِّثْلِهِۦ وَٱدْعُوا۟ مَنِ ٱسْتَطَعْتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمْ صَٰدِقِينَ ٣٨
“Yoxsa: “Onu özündən uydurdu!” - deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allah`dan başqa kimə gücünüz çatırsa, onu da köməyə çağırın!””
Quranın “möcüzə” kəlməsi ilə səciyyələndirilməsinin səbəblərindən biri də yuxarıdakı ayələrdə vurğulandığı kimi, insanın onun hətta bir oxşarını yazmaqda aciz olmasıdır. Bu acizlik, bu imkansızlıq nə qədər böyükdürsə, möcüzə də bir o qədər böyükdür. Dolayısilə, Quranın üslubunun əsrlərdən bəri milyardlarla insan arasından bircə nəfər tərəfindən də təqlid edilə bilməməsi bu müqəddəs kitabın möcüzəvi olduğunu göstərən sübutlarından biridir.
F.F.Arbutnot (F.F.Arbuthnot) “İncilin və Quranın quruluşu” (“The Construction of the Bible and the Koran”) adlı kitabında Quran haqqında bunları qeyd edir:
“Ədəbi üslub baxımından dəyərləndiriləndə Quran yarı nəzm, yarı nəsr üslubunda təmiz ərəb dilində yazılmış nümunədir. Dilçi alimlər bəzi vəziyyətlərdə Quranda istifadə edilən bir çox qəlib və ifadələrə uyğun gələn düzümdən yararlansa da, Qurana oxşar bir çalışma meydana gətirmək üçün gərgin əmək sərf etsə də, onların bu məsələdə indiyə qədər nəyəsə müvəffəq olduqlarını heç kim deyə bilməmişdir”.
Quranın ifadələrində işlədilən kəlmələr həm məna, həm də üslub axıcılığı və təsir etmə gücü baxımından çox özəl və bənzərsizdir. Ancaq Quranın Allah`ın əmr və qadağalarını bildirdiyi müqəddəs bir kitab olduğuna iman gətirmək istəməyənlər onu müxtəlif bəhanələrlə inkar etməyə çalışmışlar. Allah iman gətirməyənlərin Quran haqqında sözlərini aşağıdakı ayələrdə belə bildirir:
وَمَا عَلَّمْنَٰهُ ٱلشِّعْرَ وَمَا يَنۢبَغِى لَهُۥٓ ۚ إِنْ هُوَ إِلَّا ذِكْرٌۭ وَقُرْءَانٌۭ مُّبِينٌۭ ٦٩ لِّيُنذِرَ مَن كَانَ حَيًّۭا وَيَحِقَّ ٱلْقَوْلُ عَلَى ٱلْكَٰفِرِينَ ٧٠
“Biz ona şeir öyrətmədik və bu, ona heç yaraşmaz da. Ona vəhy olunan ancaq öyüd-nəsihət və açıq-aşkar Qurandır ki, onunla diri olanları qorxutsun və o deyilən söz kafirlər barəsində gerçək olsun”.
Quranın Üstün Qafiyə Sistemi

Quranı təqlid olunmaz və bənzərsiz edən xüsusiyyətlərindən biri də onun ədəbi məziyyətləri ilə birbaşa bağlıdır. Quran ərəb dilində olsa da, o, ərəb ədəbiyyatında işlədilən dil qəliblərindən heç birinə oxşamır.
Qurandakı qafiyə sisteminə “səci” deyilir. Filoloqlar Quranda işlədilən bu qafiyələrin də möcüzə olduğunu bildirirlər. Məşhur ingilis alimi, prof. Adil M.A.Abbas Quranın qrammatik baxımdan bir möcüzə olmasını sübut etmək üçün yazdığı “Elmi möcüzələr” (“Science Miracles”) adlı kitabında Quranda istifadə edilən hərfləri və qafiyə sistemini qrafiklər və cədvəllər vasitəsilə geniş tədqiq etmişdir. O bu kitabda Quranda istifadə edilən qafiyə sistemi ilə bağlı bir çox maraqlı nüanslar tapmışdır.
Məlum olduğu kimi, Quranda 29 surə 1 və ya 1-dən artıq simvolik hərflə başlayır. “Muqatta hərfləri” kimi tanınan bu hərflər həm də “başlanğıc hərfləri” adlandırılır. Ərəb dilindəki 29 hərfdən 14-ü - ayn, sin, kaf, nun, ra, ya, ta, ha, əlif, ləm, mim, hə, yə, sad “muqatta hərfləri”ni təşkil edir. Bu hərflərdən “nun” hərfinin “Qələm” surəsində istifadəsinə nəzər salanda ayələrin 88,8 faizinin “nun” hərfi ilə qafiyələndiyini görmək olar. “Şuara” surəsinin 84,6 faizi, “Nəml” surəsinin 90,32 faizi, “Qəsas” surəsinin isə 92,05 faizi “nun” hərfi ilə qafiyələnir.
Quranın hamısına nəzər salanda isə onun mətninin 50,08 faizinin “nun” hərfi ilə qafiyələndiyi aydın olur. Başqa sözlə desək, Quranda ayələrin yarısından çoxu “nun” hərfi ilə qurtarır. Eyni həcmdə və ölçüdə olan ədəbi çalışmaların heç birində mətnin yarısından çoxunun bir səslə qafiyələnməsi mümkün olmamışdır. Bu məsələ təkcə ərəb dilinə yox, bütün dillərə şamil edilir.
Quran qafiyə baxımından ümumi şəkildə incələnəndə isə məlum olur ki, qafiyələrin təxminən 80 faizi “əlif”, “mim” və ya “nun” hərflərindən ibarət olan üç səsdən (n, m, a) təşkil edilib. “Nun” hərfindən başqa, ayələrin 30 faizi “mim”, “əlif” və yaxud da “ya” ilə qafiyələnir.
Ve elleziyne hum an ellağvi muğridun
4
Ve elleziyne hum lizzekati failun
5
Ve elleziyne hum lifuricihim hafizun
6
... ev ma meleket eymanuhum fe innehum gayru melumiyn
7
... fe ulaike hum eladun
8
Ve elleziyne hum liemanetihim ve ahdihim raun
9
Ve elleziyne hum ala salavatihim yuhafizun
Ve lekad halakna elinsane min sulaletin min tiyn
13
Sümme cealnahu nutfeten fi kararin mekiyn
14
... fe tebareke Allahu ehsenu elhalikiyn
15
Sümme innekum beade zalike lemeyyitun
16
Sümme innekum yevme elkıyameti tubasun
17
... ve ma kunna an elhalki gafiliyn
... ennehu la ilahe illa ena fettakun
... Sümme elleziyne keferu birabbihim yeadilun
... fe sevfe ye'tiyhim enbau makanu bihi yestehziun
6
... ve enşe'na min beadihim karnen aheriyn
... ve lelebesna aleyhim ma yelbisun
... ve lakinne eksere ennasi la yealemun
7
... ve hum an elahiretihum gafilun
8
... ve inne kesiyren min ennasi bilikai rabbihim lekafirun
9
... ve lakin kanu enfusehum yazlimun
10
... en kezzebu biayatillahi ve kanu biha yestehziun
Ve yevme tekumu essaatu yevmeizin yeteferrakun
... ulaike ashabu elcenneti hum fiha halidun
27
... ulaike ashabu ennari hum fiha halidun
28
... ve kale şürekauhum ma kuntum iyyana teabudun
29
... in kunna an ibadetikum leğafiliyn
30
... ve dalle anhum ma kanu yefterun
... inne Allahe leğaniyyun an elalemiyn
7
... ve lenecziyennehum ehsene ellezi kanu yeamelun
8
... feunebbiukum bima kuntum teamelun
9
... lenudhilennehum fi essalihiyn
10
... ev leyse Allahu biealeme bima fi suduri elalemiyn
... feehaze hum ettufanu ve hum zalimun
... fe unzur keyfe kane akibetu elmufsidiyn
15
... min ibadihi elmu'miniyn
16
... inne haza lehuve elfadlu elmubiyn
17
... fe hum yuzeun
18
... suleymanu ve cunuduhu ve hum la yeşurun
19
... ve edhilni birahmetike fi ibadike essalihiyn
Ayet numarası
Nisa Suresi
23
... inne allahe kane gafuren rahiymen
24
... inne allahe kane aliymen hakiymen
... fe inyehrucu minha fe inna dahilun
23
... fe tevekkelu in kuntum mu'miniyn
24
... inna hahuna kaidun
25
... fe ufruk beynena ve beyne elkavmi elfasikiyn
26
... fe la te'se ala elkavmi elfasikiyn
27
... kale innema yetekabbelu Allahu min elmuttakiyn
28
... inni ehafu Allahe rabbe elalemiyn
29
... ve zalike cezau ezzalimiyn
30
... fe katalehu fe esbaha min elhasiriyn
... fe caeha be'suna beyaten ev hum kailun
5
... iz caehum be'suna illa en kalu inna kunna zalimiyn
... inne Allahe yuhibbu elmuttakiyn
... ve nufassilu elayati likavmin yealemun
12
... leallehum yentehun
13
... ehakku en tehşevhu in kuntum mu'minyn
14
... ve yeşfi sudure kavmin mu'miniyn
Ayet numarası
Bakara Suresi
62
... ve la havfun aleyhim ve la hum yahzenun
63
... ve uzkuru ma fihi leallekum tettakun
64
... lekuntum min elhasiriyn
65
... fe kulna lehum kunu kiredeten hasiiyn
66
... ve mev'izeten lilmuttakiyn
67
... euzu billahi en ekune min elcahiliyn
68
... fe ef'alu ma tu'merun
69
... bakaratun safrau fakiun levnuha tesurru ennnaziriyn
Ayet numarası
Al-i İmran Suresi
130
... ve ettaku Allahe leallekum tuflihun
131
Ve ettaku ennare elleti uiddet lilkafiriyn
... ve lem yusirru ala ma fealu ve hum yealemun
136
... ve niame ecru elamiliyn
137
... fenzuru keyfe kane akibetu elmukezzibiyn
138
... ve mev'izetun lilmuttakiyn
139
... ve entum elealevne in kuntum mu'miniyn
140
.. ve Allahu la yuhibbu ezzalimiyn
Ayet numarası
Enbiya Suresi
5
... felye'tina biayetin kema ursile elevvelun
... ve enşe'na beadeha kavmen aheriyn
Ve in yekun lehum elhakku ye'tu ileyhi muziniyn
... inne Allahe habiyrun bima teamelun
54
... ve ma ala erresuli illa elbalağu elmubiyn
Ve lekad erselna min kablike fi şiyai elevveliyn
11
... kanu bihi yestehziun
12
Kezalike neslukuhu fi kulubi elmucrimiyn
200-300 sətirlik bir şeirdə qafiyənin iki-üç səsdən ibarət olması həmin əsərə onu möhtəşəm abidəyə çevirən bir xüsusiyyət qazandıra bilər. Ancaq Quranın uzunluğu, özündə ehtiva etdiyi məlumatlar və hikmətli izahlar nəzərə alınanda belə bir qafiyə sistemindən istifadənin necə bir fövqəladə vəziyyət olması daha aydın görünür. Çünki Quran insanlara rəhbər olan imani bir kitab olmaqla, özünün bütün ədəbi üstünlükləri ilə, sosial və ya psixoloji mövzuları ilə yanaşı, təbiət elmləri ilə bağlı əksər mövzuları da əhatə edir.
Bu isə, dolayısilə, o deməkdir ki, özündə belə müxtəlif və elmi mövzuları ehtiva edən Quranda bu qədər az səslə belə mükəmməl qafiyənin olması insan əməyi ilə gerçəkləşdirilə bilinməyəcəyini göstərir. Ərəb dili mütəxəssisləri məhz bu baxımdan Qurana “qəti olaraq təqlid edilə bilməz” şəklində tərif verirlər.
Mənbələr
- F. F. Arbuthnot, The Construction of the Bible and the Koran (London: 1985), 5.
- Dr. Adel M. A. Abbas, Anne P. Fretwell, Science Miracles, No Sticks or Snakes (Beltsville, Maryland, USA: Amana Publications: 2000), 13.


