“Qəmər” surəsi, 1
Ayın orbiti
Quranda göy cismi olaraq bəhs edilən və “Ay” mənasını verən “qəmər” sözü tam olaraq 27 dəfə keçməkdədir. Eyni şəkildə Ayın Dünya ətrafındakı elliptik (ellips formasındakı) dövrü də 27 gündür.
ٱقْتَرَبَتِ ٱلسَّاعَةُ وَٱنشَقَّ ٱلْقَمَرُ ١
Saat (qiyamət vaxtı) yaxınlaşdı və Ay yarıldı.
Quranda göy cismi olaraq bəhs edilən və “Ay” mənasını verən “qəmər” sözü tam olaraq 27 dəfə keçməkdədir. Eyni şəkildə Ayın Dünya ətrafındakı elliptik (ellips formasındakı) dövrü də 27 gündür. Lakin bu Yer kürəsindən baxan hər hansı bir insanın təsbit edə biləcəyi bir ədəd deyil. Çünki bütöv aylar arasında 29 günlük müddət olduğu üçün, əvvəllər Ayın bir dövrünün 29 gün olduğu düşünülməkdə idi. Halbuki Ay, Dünya ətrafında dönərkən, Dünya da Günəş ətrafında yol qət etməkdədir. Dünyanın irəliləməsindən ötrü Ay, iki gün gecikərək dövrünü tamamlamaqdadır. Bu vəziyyət, Quranda müasir astronomik tapıntılara paralel, bir başqa işarədir (doğrusunu Allah bilir).



