“Ənam” surəsi, 59

Quru və dəniz nisbəti

Quranda “quru” sözü 13, “dəniz” sözü 32 dəfə keçir. Bu iki rəqəmin nisbəti Yer səthindəki quru və suyun real nisbəti ilə — 28,9% və 71,1% — üst-üstə düşür.

1 dəq oxuma

İnteraktiv vizual · sözlər düşür, sonra nisbət hesablanır

24 dekabr 1968-ci ildə Ay orbitinə daxil olan Apollo 8 ekipajı üzvü Bill Anders tərəfindən çəkilən bu fotoda Dünya Ay səthi üzərində doğmaqdadır.

32 / 45 = 71.1 %13 / 45 = 28.9 % ٱلْبَحْر ٣٢ · ٱلْبَرّ ١٣

Quranda keçən “dəniz” və “quru” sözlərinin sayının bir-birlərinə nisbəti, bu gün müasir elmin təsbit etdiyi nisbətlə üst-üstə düşür. Quranın endirildiyi dövrdə hələ qitələr kəşf edilməmişdi və qurunun nisbətinin təsbit edilməsi mümkün deyildi. Amerika kimi böyük bir quru hissəsinin kəşf edilməsi belə ancaq 15-ci əsrdə mümkün olmuşdur. “Quru” sözü Quranda 13 dəfə işlənərkən, “dəniz” sözü 32 dəfə işlənməkdədir. Bu ədədlərin cəmi bizə 45 ədədini verər. Əgər qurunun Quranda bəhs edilmə sayı olan 13-ü 45-ə bölsək, 28,8888888889% alarıq. Dənizlərin Quranda bəhs edilmə sayı olan 32-ni 45-ə böldüyümüz zaman isə, 71,1111111111% sayını alarıq. Bu nisbətlər, planetimizdəki su və quru hissələrinin həqiqi nisbətidir.

Bu söz təkrarları ilə Quranda Dünyanın 71%-nin dənizlər, 29%-nin quru torpaqla örtülü olduğuna işarə edilir ola bilər (doğrusunu Allah bilir). Bu nisbəti dövrümüzdə ancaq, elm adamlarının peyk fotoşəkilləri və kompüter hesablamaları sayəsində əldə etməkdədir.

(Doğrusunu Allah bilir.)

Ayə istinadları