“Nəcm” surəsi, 49

Sirius ulduzu

Gecələr səmada ən parlaq ulduz olan “Sirius”, Quranda “ulduz” mənasını verən Nəcm surəsinin 49-cu ayəsində “Şira” olaraq keçməkdədir:

1 dəq oxuma

İnteraktiv vizual

Gecələr səmada ən parlaq ulduz olan “Sirius”, Quranda “ulduz” mənasını verən Nəcm surəsinin 49-cu ayəsində “Şira” olaraq keçməkdədir:

Sirius ulduzu

وَأَنَّهُۥ هُوَ رَبُّ ٱلشِّعْرَىٰ ۝٤٩

Şiranın da Rəbbi Odur.
“Nəcm” surəsi, 49

Ərəbcə qarşılığı “Şira” olan Sirius ulduzunun yalnız 49-cu ayədə keçməsi, son dərəcə diqqət çəkici bir vəziyyətdir. Çünki elm adamları Sirius ulduzunun hərəkətlərindəki nizamsızlıqlardan yola çıxaraq, onun bir cüt ulduz olduğunu kəşf etdilər. Dolayısilə Sirius, Sirius A və Sirius B olaraq adlandırılan iki ulduzdan ibarət bir bürcdür. Sirius B ulduzunun xüsusiyyəti teleskopsuz görülə bilməməsidir.

Sirius ulduzları bir-birinin ətrafında yay şəklində spiralvarı orbit üzrə fırlanır və bunu bir-birinə yaxınlaşaraq 49.9 il ərzində tamamlayırlar. Bu elmi məlumat, dövrümüzdə Harvard, Ottava və Leicester Universitetlərinin astronomiya fakültələrinin fikir birliyi ilə qəbul etdikləri elmi həqiqətdir.1 Ancaq 20-ci əsrin sonlarına yaxın ortaya çıxan bu elmi həqiqətə, bundan 14 əsr əvvəl, möcüzəvi bir şəkildə, Quranda işarə edilmişdir. Nəcm surəsinin 49-cu və 9-cu ayələri birlikdə oxunduğunda bu möcüzə qarşımıza çıxmaqdadır.

وَأَنَّهُۥ هُوَ رَبُّ ٱلشِّعْرَىٰ ۝٤٩

Şiranın da Rəbbi Odur.
“Nəcm” surəsi, 49

“O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi. (Nəcm surəsi, 9) Nəcm surəsinin 9-cu ayəsində “(ikisi arasındakı uzaqlıq) iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi” olaraq tərcümə olunan “kane kabe kavseyni ev edna” ifadəsi, bizlərə bu iki ulduzun çəkdikləri orbitdə bir-birlərinə yaxınlaşdıqlarını ifadə edir ola bilər (doğrusunu Allah bilir). Quranın vəhy edildiyi dövrdə bilinməsi mümkün olmayan bu elmi həqiqət, bizə, Quranın Uca Rəbbimizin sözü olduğu həqiqətini bir daha sübut etməkdədir.

Sirius ulduzu Quranda “ulduz” mənasını verən Nəcm surəsində keçməkdədir. Sirius bürcü, yay şəklindəki hərəkət orbitində bir-birinə hər 49.9 ildə bir yaxınlaşır. Nəcm surəsinin 49-cu və 9-cu ayələri bu astronomik hadisəyə işarə etməkdədir.

İstinadlar

  1. https://www2.le.ac.uk/departments/physics/research/xroa (Leicester edu dept of Physics & astronomy); http://cfa-www.harvard.edu/~hrs/ay45/Fall2002/ChapterIVPa… (HarvardSmithsonian Center for Astrophysics) ↩

Ayə istinadları