“Hədid” surəsi, 25
Dəmirin atom nömrəsi
Dəmir, Quranda diqqət çəkilən elementlərdən biridir. Quranda, “dəmir” mənasını verən “Hədid” surəsində Allah belə buyurmaqdadır: “...Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik ki...
Dəmir, Quranda diqqət çəkilən elementlərdən biridir. Quranda, “dəmir” mənasını verən “Hədid” surəsində Allah belə buyurmaqdadır: “...Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik ki... (Hədid surəsi, 25) Ayədə, dəmir üçün istifadə edilən “enzelna” yəni “endirmə” sözü, məcazi olaraq insanların xidmətinə verilmə mənasında düşünülə bilər. Lakin sözün yağış və günəş şüaları üçün istifadə edilən “göydən fiziki olaraq endirmə” şəklindəki həqiqi mənası diqqətə alındığında, ayənin çox əhəmiyyətli bir elmi möcüzə ehtiva etdiyi görülməkdədir. Çünki müasir astronomik tapıntılar dünyadakı dəmir filizi ehtiyatının kosmosdakı nəhəng ulduzlardan gəldiyini ortaya qoymuşdur.1 Bununla birlikdə Hədid surəsi, dəmir elementinin kimyəvi simvoluna da işarə etməkdədir. Çünki bu surənin tam ortasındakı 15-ci ayənin ərəbcə oxunuşu, “Fe” hərfi ilə başlamaqdadır. Dəmir elementi də kimyada “Fe” olaraq göstərilməkdədir. Eyni zamanda Quranın 57-ci surəsi olan “Əl-Hədid” sözünün ərəbcədəki ədədi dəyəri (əbcədi) hesablandığında qarşımıza çıxan rəqəm, surə nömrəsi ilə eynidir: “57” Yalnız “hədid” sözünün ədədi dəyəri hesablandığında isə əldə etdiyimiz ədəd 26-dır. 26 sayı, dövri cədvəl də görüldüyü kimi, dəmirin atom nömrəsidir. Atom nömrəsi, dəmir də daxil olmaqla bütün elementlər üçün ən mühüm anlayışdır. Hər şeyin məlumatına sahib Rəbbimizin vəhyi olan Quranda, Hədid surəsi ilə həm dəmirin meydana gəlməsinə həm də atom nömrəsinə işarə edilməkdədir (doğrusunu Allah bilir). Əl-Hədid surəsi Quranın 57-ci surəsidir, əl-Hədid sözünün ərəbcədəki ədədi dəyəri də 57-dir. Yalnız “hədid” sözünün ədədi dəyəri 26-dır. 26 sayı isə dəmirin atom nömrəsidir.

İstinadlar
- Dr. Mazhar, U. Qazı, 130 Evident Miracles en the Qur'an, Crescent Publishing House, New York, 1997, səh. 110-111; “What Is the Origin of Iron?”, Sciencing, https://sciencing.com/origin-iron5371252.html ↩


