“Bəqərə” surəsi, 51
Hz Musa (ə.s) ilə 40 gecə üçün sözləşməsi
“4 0 gecə” mənasını verən “erbaine leyleten” ifadəsindən etibarən, ayənin sonuna qədər olan hərf sayı 40-dır.
وَإِذْ وَٰعَدْنَا مُوسَىٰٓ أَرْبَعِينَ لَيْلَةًۭ ثُمَّ ٱتَّخَذْتُمُ ٱلْعِجْلَ مِنۢ بَعْدِهِۦ وَأَنتُمْ ظَٰلِمُونَ ٥١
Ozaman Biz Musaya vəhy üçün qırx gecəlik vədə verdik. Sonra siz onun ardından buzovu özünüzə məbud qəbul edərək zalım oldunuz.
“4 0 gecə” mənasını verən “erbaine leyleten” ifadəsindən etibarən, ayənin sonuna qədər olan hərf sayı 40-dır. “Ayədə “erbaine leyleten” (40 gecə) ifadəsinə qədər olan nöqtəli hərflərin əbcəd dəyəri 40-dır (ən kiçik əbcəd hesabı ilə). Bu mövzu, Quranda ilk olaraq, Bəqərə surəsinin 40-cı ayəsində başlamaqdadır. Bu mövzunun başladığı 40-cı ayənin heca sayı 40-dır.1 Həmçinin; “Erbaine leyleten” (40 gecə) mövzusu ilə əlaqədar ayələr açıq olaraq, Bəqərə surəsinin 51-ci ayəsindən başqa, Əraf surəsi 142-ci ayəsində keçməkdədir. İşarə olaraq isə yenə Əraf surəsinin 143-cü və 155-ci ayələrində zikr edilməkdədir. a) Bu ayələr arasındakı surələr bunlardır: “Bəqərə surəsi”, “Ali İmran surəsi”, “Nisa surəsi”, “Maidə surəsi”, “Ənam surəsi”, “Əraf surəsi”. Bu surə adlarındakı cəmi heca sayı tam 40-dır. (Su-re-tü'l-Ba-ka-ra-ti, Su-re idi Alı İm-ra-ne, Su-re-tü'n-Ni-sa-i, Su-re-tü'lMa-i-de-ti, Su-re-tü'l-En'a-mi, Su-re-tü'l-A'ra-fi) b) Surələrin adları olan “Əl-Bəqərə”, “Ali İmran”, “Ən Nisa”, “Əl-Maidə”, “ƏlƏnam”, “Əl-Əraf”, sözlərindəki hərf sayı da 40-dır.

İstinadlar
- Ayə sonunda dayanaraq ↩


