“Şuəra” surəsi, 63

Hz Musa (ə.s)-in dənizi yarmasında tsunami təsiri

Firon olaraq bilinən Misir kralları, qədim Misirin çox tanrılı batil dinində, özlərini ilah olaraq qəbul edirdilər.

4 dəq oxuma

İnteraktiv vizual

فَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنِ ٱضْرِب بِّعَصَاكَ ٱلْبَحْرَ ۖ فَٱنفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍۢ كَٱلطَّوْدِ ٱلْعَظِيمِ ۝٦٣

Biz Musaya: “Əsanla dənizə vur!” – deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu.
“Şuəra” surəsi, 63

Firon olaraq bilinən Misir kralları, qədim Misirin çox tanrılı batil dinində, özlərini ilah olaraq qəbul edirdilər. Allah, həm Misir xalqının haqq dinə qarşı batil bir sistemi mənimsəmiş olduğu, həm də İsrailoğullarının kölələşdirildiyi bir dövrdə, hz. Musanı elçisi olaraq Misir qövmünə göndərmişdir. Ancaq qədim misirlilər (başda Firon və ətrafı olmaq üzrə) hz. Musanın haqq dinə dəvətinə baxmayaraq, bütpərəst inanclarından imtina etmirdilər. Hz. Musa, Firona və yaxın ətrafına çəkinmələri lazım olan şeyləri açıqlamış və onları Allahın əzabına qarşı xəbərdar etmişdi. Buna baxmayaraq onlar üsyan edib hz. Musaya böhtanlar ataraq dəlilik, cadugərlik və yalançılıqla günahlandırmışlardı. Firon və qövmünə çox sayda bəla verilməsinə baxmayaraq, onlar Allaha təslim olmamışlar; Allahı tək İlah olaraq qəbul etməmişlərdi. Hətta başlarına gələnlərdən ötrü hz. Musanı məsul tutaraq, onu Misirdən sürgün etmək istəmişdilər. Bunun üzərinə Allah, hz. Musa və onunla birlikdə möminlərə olduqları yeri tərk etmələrini bildirmişdir: “Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız” – deyə vəhy etdik. Firon şəhərlərə əsgər toplayanlar göndərdi. O dedi: “Bunlar kiçik bir dəstədir. Onlar bizi qəzəbləndirmişlər. Biz hamımız ayıq-sayıq olmalıyıq”. Biz onları (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq; xəzinələrdən və gözəl yerlərdən də qovduq. Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik. Günəş üfüqdən qalxarkən Firon öz əsgərləri ilə onları izləməyə başladılar. (Şuəra surəsi, 52-60) Quranda bildirildiyi kimi bu təqibin ardından iki birlik qarşı-qarşıya gəldikləri sırada, Allah dənizi yararaq hz. Musanı və onunla birlikdə iman edənləri qurtarmış, Firon və qövmünü isə həlaka uğratmışdır. Quranda Allahın iman edənlərə bu köməyi belə bildirilər: “Biz Musaya: “Əsanla dənizə vur!” – deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu. O birilərini də ora yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O birilərini isə suya qərq etdik. Şübhəsiz ki, bu hekayətdə bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir. (Şuəra surəsi, 63-68) Şuəra surəsinin 63-cü ayəsində “vur” olaraq tərcümə edilən ərəb dilində “idrib” sözü, eyni zamanda “açmaq, ayırmaq, bölmək” mənalarına da gəlməkdədir. Bu ifadəylə və davamındakı ayələrdə izah edilən hadisə ilə, tsunami dalğasının meydana gəlməsinə işarə edilir ola bilər (doğrusunu Allah bilir). Çünki tsunami dalğalarında da böyük miqdarda su yer dəyişdirərək dayaz sularda zəminin ortaya çıxmasına səbəb olmaqdadır. Hz. Musa dövründə də tsunami dalğalarında olduğu kimi, sular bir neçə yüz metr kənara doğru toplanmış və beləcə dəniz yarılmış ola bilər (doğrusunu Allah bilir).

Hz Musa (ə.s)-in dənizi yarmasında tsunami təsiri

Həmçinin yuxarıdakı ayələrdə suların görünüşü dağlara bənzədilməkdədir. Tsunami dalğasında toplanan sular nəhəng bir təpə meydana gətirər1 və bu dalğaların əsl kütləsi dibdə olduğundan, dağ kimi bir görünüş alar. Dağlardakı kimi tsunami dalğasının da döşəmə hissəsi daha güclü və genişdir. Tsunami dalğalarında, bir tərəfdən su dərinliyi azalarkən, dalğanın kütləsi genişləyərək yüksəkliyi artar. Dalğa yüksəkliyi 30 metrə çata bilməkdədir.2 Bu baxımdan suyun aldığı görünüşün dağlara bənzədilməsi çox mənalıdır.

Tsunamilər bildiyimiz dalğalardan çox fərqlidir və dəniz suyunun hərəkət etməsi ilə meydana gəlir. Bu dərinlik çox vaxt bir neçə kilometr olar. Bu səbəblə dalğalar çox güclü bir enerjiyə sahib olarlar və çox yüksək sürətlərdə hərəkət edərlər.3 Elmi açıqlamalarda tsunami dalğaları ilə əlaqədar bunlar bildirilməkdədir:

...Əslində tsunami dalğası hərəkət halında olan nəhəng bir su kütləsinin tək üst ucudur... Dalğalar okean səthində tək dayaz bir təbəqə meydana gətirərkən, tsunami okeanın içində yüzlərlə metr dərinliyə uzana bilər... Tsunami dalğalarını ümumiyyətlə qaranlıq su “divarları” şəklində təsvir edərlər. Arxasında dayanan güclü su kütləsi səbəbi ilə dalğalar daha sonra sahil zolağının üzərini örtər və sahil tamamilə su altında qalar.

Hz Musa (ə.s)-in dənizi yarmasında tsunami təsiriHz Musa (ə.s)-in dənizi yarmasında tsunami təsiriHz Musa (ə.s)-in dənizi yarmasında tsunami təsiriHz Musa (ə.s)-in dənizi yarmasında tsunami təsiri

...Dəniz döşəməsinin sərhədləri və sahil zolağı dalğaların yüksəkliyini təyin edən faktorlardır və bəzən gözlənilməz nəticələr verə bilər. 1993-cü ildə Yaponiyada Okushiridə meydana gələn tsunamidə, sahilə vuran dalğalar təxminən 15-20 metr yüksəklikdə idi. Lakin müəyyən bir yerdə dalğalar dənizin içində V şəklində bir vadi meydana gətirdilər və suyu gedərək daha dar bir sahədə təzyiq altına aldılar. Nəticədə su dəniz səviyyəsindən 32 metr yüksəkliyə çatdı, bu təxminən 8 mərtəbəli bir bina yüksəkliyi idi.4

Quranda keçmişlə əlaqədar bildirilən hadisələrin, dövrümüzdə tarixi dəlillərlə və elmi faktlarla işıqlanması, şübhəsiz ki, Quranın əhəmiyyətli bir möcüzəsidir. Hz. Musa ilə birlikdəki olanların keçəcəyi vaxt suların çəkilib, Firon və ordusu keçərkən suların təkrar yüksəlməsi, Allahın möminlərə köməyinin açıq bir nümunəsidir. Lakin hz. Musa bu çətin anda Allaha güvənərək son dərəcə gözəl bir əxlaq nümunəsi sərgiləmişdir:

فَلَمَّا تَرَٰٓءَا ٱلْجَمْعَانِ قَالَ أَصْحَٰبُ مُوسَىٰٓ إِنَّا لَمُدْرَكُونَ ۝٦١ قَالَ كَلَّآ ۖ إِنَّ مَعِىَ رَبِّى سَيَهْدِينِ ۝٦٢

İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz yaxalanacağıq!” – dedilər. Musa dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!
“Şuəra” surəsi, 61-62

İstinadlar

  1. “Tsunamis”, National Geographic, https://www.nationalgeographic.com/environment/naturaldis… ↩
  2. “Tsunamis: Facts About Giller Waves”, National Geographic, https://news.nationalgeographic.com/news/2004/12/tsunamis… ↩
  3. http://www.crystalinks.com/tsunami.html ↩
  4. Engineering Geology (For GTU), D. V. Reddy,Vikas Publishing House, 2011, səh. 79 ↩

Ayə istinadları