“Ənkəbut” surəsi, 14

Nuh tufanı hekayəsindəki elmi həqiqətlər

Hz. Nuh, peyğəmbər olaraq göndərildiyi qövmünə, Allaha şirk qoşmadan iman etmələri və azğınlıqlarından əl çəkərək Allahın dininə tabe olmaları üçün uzun illər öyüd vermişdir.

4 dəq oxuma

İnteraktiv vizual

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦ فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا خَمْسِينَ عَامًۭا فَأَخَذَهُمُ ٱلطُّوفَانُ وَهُمْ ظَٰلِمُونَ ۝١٤

Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O, min ildən əlli il az bir müddət ərzində onların arasında qaldı. Tufan onları zülm etdikləri zaman yaxaladı.
“Ənkəbut” surəsi, 14

Hz. Nuh, peyğəmbər olaraq göndərildiyi qövmünə, Allaha şirk qoşmadan iman etmələri və azğınlıqlarından əl çəkərək Allahın dininə tabe olmaları üçün uzun illər öyüd vermişdir. Qövmünü Allahın əzabına qarşı bir çox dəfə xəbərdar etdiyi halda, onlar hz. Nuhu yalanlamış və şirk qoşmağa davam etmişlər. Bunun üzərinə Allah hz. Nuha, inkar edib zülm edənlərin suda boğularaq əzablandırılacağını və iman edənlərin qurtarılacağını xəbər vermişdir. Quranda Nuh qövmünün həlak edilməsi və iman edənlərin qurtuluşu bir ayədə belə bildirilməkdədir:

Nuh tufanı hekayəsindəki elmi həqiqətlər

فَكَذَّبُوهُ فَأَنجَيْنَٰهُ وَٱلَّذِينَ مَعَهُۥ فِى ٱلْفُلْكِ وَأَغْرَقْنَا ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَآ ۚ إِنَّهُمْ كَانُوا۟ قَوْمًا عَمِينَ ۝٦٤

Kafirlər onu yalançı hesab etdilər. Biz onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə suya qərq etdik. Doğrudan da, onlar kor adamlar idilər.
“Əraf” surəsi, 64

Allahın vədi olan əzab vaxtı gəldiyində, reallaşan hadisələr Quranda belə təsvir edilməkdədir:

حَتَّىٰٓ إِذَا جَآءَ أَمْرُنَا وَفَارَ ٱلتَّنُّورُ قُلْنَا ٱحْمِلْ فِيهَا مِن كُلٍّۢ زَوْجَيْنِ ٱثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ ٱلْقَوْلُ وَمَنْ ءَامَنَ ۚ وَمَآ ءَامَنَ مَعَهُۥٓ إِلَّا قَلِيلٌۭ ۝٤٠

Nəhayət, əmrimiz gəldiyi və təndir qaynayıb fışqırdığı zaman Biz Nuha dedik: “Heyvanların hər növündən bir cüt, barələrində söz keçmiş kəslər istisna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir”. Lakin, onunla birlikdə az adam iman gətirmişdi.
“Hud” surəsi, 40

Yuxarıdakı ayədə əzab vaxtının başlanğıcı “təndir qaynayıb fışqırdığı zaman” olaraq təsvir edilməkdədir. “Təndir” olaraq tərcümə olunan sözün ərəbcəsində qarşılığı “ettennuru”dur. Təndir bilindiyi üzrə “yerə çuxur qazılaraq düzəldilən bir növ soba”dır və bu yönü ilə dağın içindəki vulkanik atəşə işarə etməkdədir (doğrusunu Allah bilir). Ayənin ərəbcəsində “fare” olaraq keçən “qaynama” ifadəsinin mənaları isə “qüvvət və şiddətlə qaynadı, şiddətli yandı, qabarcıqlar çıxardı, qaynayıb daşdı, köpük çıxardı, fışqırdı” şəklindədir. Bu səbəbdən təndirin fışqırması ifadəsi, bir yönü ilə dağın içindəki qızğın lavaların püskürməsinə işarə etməkdədir.

Bir başqa ayədə isə hz. Nuhun gəmiyə minmə vaxtı, “təndir qaynayınca” ifadəsiylə bildirilməkdədir. Burada da vulkanik partlayışdan dərhal əvvəlki, dağdan yüksələn isti tüstülərə işarə edilir ola bilər:

Alyaskadakı Klivlend vulkanının Beynəlxalq Kosmos Stansiyası tərəfindən çəkilmiş fotosu.

Nuh tufanı hekayəsindəki elmi həqiqətlər

فَأَوْحَيْنَآ إِلَيْهِ أَنِ ٱصْنَعِ ٱلْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا فَإِذَا جَآءَ أَمْرُنَا وَفَارَ ٱلتَّنُّورُ ۙ فَٱسْلُكْ فِيهَا مِن كُلٍّۢ زَوْجَيْنِ ٱثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ ٱلْقَوْلُ مِنْهُمْ ۖ وَلَا تُخَٰطِبْنِى فِى ٱلَّذِينَ ظَلَمُوٓا۟ ۖ إِنَّهُم مُّغْرَقُونَ ۝٢٧

Biz ona vəhy etdik: “Gözlərimiz önündə və vəhyimizlə gəmini düzəlt. Əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər canlıdan bir cüt erkək və dişi, barəsində söz keçmiş (əleyhinə hökm verilmiş) kəslər istisna olmaqla, öz ailəni gəmiyə mindir. Zalımlar barəsində Mənə müraciət etmə. Çünki onlar suya qərq olunacaqlar.
“Muminun” surəsi, 27

Vulkanik partlayışın ardından axan qızğın lavalar, dağdakı buzlaqların əriməsinə gətirib çıxarmış; dənizlərə axan lavaların nəticəsində yaranan soyuq və istinin birləşməsindən ortaya çıxan sıx su buxarı da şiddətli yağışlara səbəb olmuş ola bilər. Bu hadisələrin nəticəsində sellər olmuş və yerdəki su qaynaqları, şiddətli yağışlarla birləşərək nəhəng ölçülü bir daşqına səbəb olmuş ola bilər (doğrusunu Allah bilir):

فَفَتَحْنَآ أَبْوَٰبَ ٱلسَّمَآءِ بِمَآءٍۢ مُّنْهَمِرٍۢ ۝١١ وَفَجَّرْنَا ٱلْأَرْضَ عُيُونًۭا فَٱلْتَقَى ٱلْمَآءُ عَلَىٰٓ أَمْرٍۢ قَدْ قُدِرَ ۝١٢ وَحَمَلْنَٰهُ عَلَىٰ ذَاتِ أَلْوَٰحٍۢ وَدُسُرٍۢ ۝١٣

Biz göyün qapılarını leysan yağışı ilə açdıq. Yeri yarıb bulaqlar qaynatdıq. Göydən tökülən və yerdən çıxan sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu. Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq.
“Qəmər” surəsi, 11-13

Hz. Nuhun gəmisinə minmiş olanlar xaricində (hz. Nuhun, yaxındakı bir dağa sığınaraq xilas olacağını sanan “oğlu” da daxil olmaq üzrə) bütün qövm suda boğulmuşdur: “Gəmi onları dağlar kimi dalğalar içərisində apardığı zaman Nuh kənarda duran oğlunu səsləyib dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!” O dedi: “Məni sudan qoruyacaq bir dağa sığınacağam!” Nuh dedi: “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bilməz!” Sonda dalğa onları bir-birindən ayırdı və o, suda boğulanlardan oldu. (Hud surəsi, 42-43) Tufan nəticəsində sular çəkilincə gəmi, Quranda bildirildiyinə görə, Cudiyə (yəni yüksəkcə bir yerə) oturmuşdur:

وَقِيلَ يَٰٓأَرْضُ ٱبْلَعِى مَآءَكِ وَيَٰسَمَآءُ أَقْلِعِى وَغِيضَ ٱلْمَآءُ وَقُضِىَ ٱلْأَمْرُ وَٱسْتَوَتْ عَلَى ٱلْجُودِىِّ ۖ وَقِيلَ بُعْدًۭا لِّلْقَوْمِ ٱلظَّٰلِمِينَ ۝٤٤

Sonra deyildi: “Ey yer, suyunu ud! Ey göy, yağışını saxla!” Su çəkildi, iş bitdi və gəmi Cudi dağı üzərində qərar tutdu. Sonra deyildi: “Məhv olsun zalım adamlar!
“Hud” surəsi, 44

Dağların lava püskürtməsi bir müddət sonra dayandığında, hava yenidən soyuyaraq əvvəlki tarazlığına oturmuş, sular yeraltına çəkilmiş; bir qismi də göydə su buxarı olaraq qalmış ola bilər. Suların bu şəkildə tarazlanması nəticəsində, yenidən hər şey normala çevrilmişdi. Ayədə bildirildiyi kimi, Allahın yerə “suyunu ud”, göyə də “saxla” əmri verməsi, bu vəziyyəti ən geniş şəkildə təsvir etməkdədir. Ərəbcə “belea” feili ayədə keçdiyi şəkli ilə “iblai” sözü, “udub yox et, çək” mənalarını verməkdədir. Yerin suları udması ifadəsi ilə, Yer kürəsindəki suların yeraltına çəkilərək; bir istiqamətiylə, artezian kimi, yeraltındakı su qaynaqlarını meydana gətirməsinə diqqət çəkilməkdədir. Ərəbcə “aklaa” feili ayədə keçdiyi şəkli ilə “aklii” sözü isə “buludların açılması, dağılması, yağışın kəsilməsi, bir işdən imtina edilməsi, ya da tərk edilməsi” mənalarını verməkdədir. Bu ifadə ilə də bir yönü ilə lavaların püskürməsi dayandıqdan sonra havanın yenidən soyuması, göydəki su buxarı miqdarının tarazlanaraq yağışın kəsilməsi və yağış buludlarındakı qalan su buxarının da səmaya dağılması təsvir edilməkdədir (doğrusunu Allah bilir). Elmi şərhlərlə bir-bir üst-üstə düşən bu hadisələr zəncirinə, Quran ayələrində ən hikmətli ifadələrlə işarə edilməkdədir. Coğrafiya, geologiya, meteorologiya kimi bir çox elm sahəsini əhatə edən bu məlumatlar Quranın elmlə uyğunluq içərisində olduğunu göstərən dəlillərdən yalnız biridir.

Ayə istinadları