“Rəd” surəsi, 3

Yayılan yer kürəsi

Yuxarıdakı ayədə “yayıb uzadan” olaraq tərcümə edilən ərəbcə “medde elarda” ifadəsi, “örtdü, yaydı, çəkib uzatdı, genişlətdi, açdı, döşədi” kimi mənalara gəlməkdədir.

3 dəq oxuma

İnteraktiv vizual

وَهُوَ ٱلَّذِى مَدَّ ٱلْأَرْضَ وَجَعَلَ فِيهَا رَوَٰسِىَ وَأَنْهَٰرًۭا ۖ وَمِن كُلِّ ٱلثَّمَرَٰتِ جَعَلَ فِيهَا زَوْجَيْنِ ٱثْنَيْنِ ۖ يُغْشِى ٱلَّيْلَ ٱلنَّهَارَ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يَتَفَكَّرُونَ ۝٣

Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır.
“Rəd” surəsi, 3

Yuxarıdakı ayədə “yayıb uzadan” olaraq tərcümə edilən ərəbcə “medde elarda” ifadəsi, “örtdü, yaydı, çəkib uzatdı, genişlətdi, açdı, döşədi” kimi mənalara gəlməkdədir. Ayədə dağların və çayların meydana gəlməsindən bəhs edilərkən, Yer kürəsi ilə əlaqədar bu sözün istifadə edilməsi son dərəcə hikmətlidir. Çünki Yer kürəsinin meydana gəlməsi ilə əlaqədar elmi izahlara baxdığımızda, dağların və çayların, Yer kürəsinin uzadılaraq genişlədildiyi əsnada şəkilləndiyi məlumatı qarşımıza çıxar.

Yayılan yer kürəsi

Kontinente und Ozeane” (Qitələrin və okeanların mənşəyi) adlı kitabında, başlanğıcda bütün qitələrin nəhəng quru hissəsi halında birləşmiş NASAnın kosmosdan çəkdiyi bu fotoda Sina yarımadasının şərqindəki Aqaba körfəzi və qərbindəki Süveyş kanalı görülməkdədir. olaraq adlandırmışdır.1 Alfred Wegenerin 1912-ci ildə ortaya atdığı “qitə tektonikası (təbəqə tektonikası) olaraq bilinən elm sahəsinin inkişafıyla, dövrümüzdə bu şəkildə son halını almışdır: Qitələr okean səthində sürüklənərək bir-birlərindən ayrılmırlar. Ancaq qitələrlə birlikdə okean döşəməsi də “astenosfer” ya da “üst manto” deyilən yüksək istilik və təzyiq altındakı maye maqma layının üzərində üzərlər. Bu səbəbdən dünyanın xaricdə görünən yer qitələriylə birlikdə dənizin altındakı yer qabığı da hərəkət halındadır.2

Qitələri daşıyan lövhələrin gərilərək genişlənmə, yayılma, uzanma olaraq təsvir edilən hərəkəti ilə, dövrümüzdə ildə təxminən 3 sm bir-birlərindən uzaqlaşmaqdadır.3 Dəniz tavanında meydana gələn ən diqqətə çarpan genişlənmə isə, Ərəbistan və Afrika arasındakı okean zəminində reallaşar və iki qitə digər kontinental lövhələrdən üç, ya da dörd qat daha sürətli olaraq bir-birindən uzaqlaşmaqdadır. Genişlənmənin dəniz tavanında deyil də, qurularda reallaşması halında isə, Şərqi Afrika-Ərəbistan bölgələrindəki Böyük Dərin Vadi (The Great Rift Valley) kimi genişləyən vadilər meydana gələr.

Böyük Dərin Vadi, şimalda Suriyadan Şərqi Afrikadakı Mozambikin ortalarına qədər uzanan təxminən 6.000 km.lik geniş coğrafi və geoloji sahə meydana gəlir. Vadinin genişliyi 30-100 km. arasında dəyişər. Dərinliyi isə bir neçə min metrdir.4 Bu dərin vadi, milyonlarla illik müddət sonrasında Afrika və Ərəb yarımadası torpaqlarının bir-birindən ayrılması ilə, Kilimancaro və Keniya dağı kimi əmələ gətirmişdir. Vadinin şərqdəki hissəsi isə İordaniya çayı, Ölü dəniz və Aqaba körfəzindən meydana gələr. Qırmızı dəniz və Keniyadakı bəzi göllər boyunca cənuba doğru uzanar. Bu göllərin çoxu dəniz səviyyəsindən aşağı dərin göllərdir.5

Yer kürəsinin “yayılması” ilə yalnız dağların yüksəlmədiyi, eyni zamanda müəyyən çay yataqlarının da meydana gəldiyi görülməkdədir. “The Expanded Earth” (Yayılan dünya) adlı kitabda belə deyilir:

Hər vəziyyətdə ən şiddətli təzyiq Yer kürəsinin əsas çaylarının olduğu bölgələrdə reallaşar. Bunun nəticəsində başlıca çay yataqlarının təsadüfi eroziyalarla deyil, bu genişlənmənin nəticəsi olduğu görülməkdədir. Qitələr genişlənməkdə olan bir səthə sabitləndikləri üçün, bu genişlənmənin quru parçalarını yaydığı və ən çox gərginliyin meydana gəldiyi nöqtələrdə qırılaraq, çayları meydana gətirdiyi nəticəsinə gəlmək olar.6

Utah Geoloji araşdırma mərkəzinin açıqlamalarında isə Amerika qitəsi ilə əlaqədar bu məlumatlar yer almakdadır:

Yayılan yer kürəsi

Düzənlik və çöküntü bölgələri, Yer kürəsi qabığının Şərq-Qərb istiqamətində genişlənməsi səbəbiylə son 10 ilə 20 milyon ildir meydana gəlməkdədir. Bu genişlənmə hərəkəti səbəbi ilə bir gərginlik meydana gəlir; yavaş və davamlı bir hərəkət, ya da bir fay xətti boyunca yaranan ani hərəkətlər (yer qabığında bir çatlama) nəticəsində bu gərginlik yaranar və zəlzələlər meydana gəlir. Bir zəlzələ əsnasında dağlar yüksələrkən, vadilər isə fay xətləri boyunca dərinləşərlər. Bu yayılmagenişlənmə hərəkəti bu gün də davam etməkdədir.7

Yer kürəsinin genişlənməsi, yayılması kimi təsbitlər ancaq dövrümüzün elm sahələrinin güniş araşdırmaları və ortaq məlumatları nəticəsində şəkillənə bilməkdədir. Məsələn 20-ci əsr texnologiyası məhsulu olan peyklərdən çəkilən fotoşəkillər, qitələrin keçmişdə bir-birlərini tamamlayan hissələr olduğu fikrini təsdiq etmişdir. Edilən həssas ölçülər isə yer qabığındakı genişlənmənin yavaş, amma müəyyən bir nisbətdə davam etdiyini ortaya qoymaqdadır. Kimsənin qitələr diametrində bir təsbit edə bilməyəcəyi bir dövrdə, üstəlik milyonlarla illik müddət ərzində meydana gələn formalaşmalarla əlaqədar məlumatların varlığı, Quranın İlahi bir kitab olduğunu bir daha ortaya qoymaqdadır. 14 əsr əvvəl Yer kürəsinin meydana gəlməsi ilə əlaqədar bu cür dərin elmi məlumatdan bəhs edilməsi, Quranın elmi möcüzələrindən biridir.

Yuxarıda, təxminən 300 milyon il əvvəl qitələrin tək bir parça — Pangeya olduğu dövrə aid canlandırma şəkil görülməkdədir.

İstinadlar

  1. Amada Briney, “Alfred Wegener: The German Meteorologist Who Theorized Pangea”, ThoughtCo., 20 aprel 2018, https://www.thoughtco.com/biography-of-alfred-wegener-143… ↩
  2. http://www.ucmp.berkeley.edu/history/wegener.html ↩
  3. John D. Cutnell, Kenneth W. Johnson, Shane Stadler, Physics, cild 1: Hissə 1-17, səh. 47 ↩
  4. Great Rift by Balloon, MagicalKenya.com, http://old.magicalkenya.com/default.nsf/features1/01DF704… opendocument&l=1 ↩
  5. https://www.britannica.com/place/East-African-Rift-System ↩
  6. The Expanded Earth, Kanada , Benchmark Publishing & Design, 1996; http://www.wincom.net/earthexp/n/rivers.htm ↩
  7. Utah Geological Survey, Geologic Streching, http://geology.utah.gov/teacher/tc/tc12-96.htm ↩

Ayə istinadları