DNT (DNA) və genetika tarixinin başlanğıcı

Bilindiyi kimi DNT (DNA) termini, canlılardakı genetik kodun qısaldılmış ifadəsidir. Genetika elminin başlanğıc tarixi isə, Mendel adlı elm adamının 1865-ci ildə hazırlamış olduğu genetika qanunlarına söykənir.

1 dəq oxuma

İnteraktiv vizual

Bilindiyi kimi DNT (DNA) termini, canlılardakı genetik kodun qısaldılmış ifadəsidir. Genetika elminin başlanğıc tarixi isə, Mendel adlı elm adamının 1865-ci ildə hazırlamış olduğu genetika qanunlarına söykənir. Elm tarixi üçün bir dönüş nöqtəsi meydana gətirən bu tarix Quranda 18-ci surə olan Kəhf surəsinin 65-ci ayəsində işarə edilməkdədir (doğrusunu Allah bilir).

DNT (DNA) və genetika tarixinin başlanğıcı

DNT termini ingilis (Deoxyribonucleic acid) və türk (Deoksiribo Nükleik asit) dilində DNA olaraq yazılar. D-N-A hərflərinin (ərəbcədə Dal-Nun-Əlif hərflərinin) Quranda haralarda yan-yana gəldiyi araşdırıldığı zaman, ən çox Kəhf surəsinin 65-ci ayəsində keçdiyi görüləcək. Bu ayədə bənzərsiz bir şəkildə, D-N-A hərfləri ard-arda tam üç dəfə, yan-yana yer almaqdadır. Quranın başqa heç bir ayəsində “DNA” hərfləri bu şəkildə ard-arda və çox sayda keçməz.

DNT (DNA) və genetika tarixinin başlanğıcı

DNT termininin diqqət çəkici bir şəkildə yer aldığı bu ayənin nömrəsi yuxarıda ifadə edildiyi kimi 18:65-dir. Bu rəqəmlər genetika elminin başlanğıc ili olan 1865-ci ilə diqqət çəkməkdədir ki; bu təsadüf olaraq qiymətləndirilə bilməz. Çünki Quranda yalnız 18:65 ayəsində “DNA” ardarda üç dəfə keçməkdədir. Bu işarə möcüzəvi xüsusiyyətdədir; çünki DNT (Dezoksiribonuklein turşusu) adını elm dünyası çox yaxın sayıla biləcək bir tarixdə qoymuşdur. DNT və genetika tarixinin başlanğıcı olan və 1865-ci ilə işarə edən Kəhf surəsində, DNA cəmi 7 dəfə təkrarlanarkən, RNA da (ərəbcədə Ra-Nun-Əlif hərfləri) 7 dəfə təkrar etməkdədir. Bildiyiniz kimi RNA molekulu da DNT kimi genetik quruluşu meydana gətirən digər bir molekuldur. Bu səbəblə DNA-RNA-nın xüsusilə bu surədə bərabər sayda keçməsi, molekullara əsrlər əvvəl Quranda işarə edildiyinin ayrı bir dəlilidir (doğrusunu Allah bilir).