“Nəml” surəsi, 12
Hz Musa (ə.s)-in doqquz möcüzəsi
“9 möcüzə” mənasını verən “tisi ayatin” ifadəsindən sonra ibarə sonuna qədər olan heca sayı 9-dur. Ayədə “tisi ayatin” (9 möcüzə) ifadəsinə gələnə qədər, “tisi ayatin” ifadəsindəki hərflər 9 sözdə var.
وَأَدْخِلْ يَدَكَ فِى جَيْبِكَ تَخْرُجْ بَيْضَآءَ مِنْ غَيْرِ سُوٓءٍۢ ۖ فِى تِسْعِ ءَايَٰتٍ إِلَىٰ فِرْعَوْنَ وَقَوْمِهِۦٓ ۚ إِنَّهُمْ كَانُوا۟ قَوْمًۭا فَٰسِقِينَ ١٢
Əlini qoynuna sal ki, əlin oradan ləkəsiz, ağappaq çıxsın. Firona və onun tayfasına göndərilən doqquz möcüzədən biri budur. Həqiqətən, onlar fasiq bir tayfadır!
“9 möcüzə” mənasını verən “tisi ayatin” ifadəsindən sonra ibarə sonuna qədər olan heca sayı 9-dur. Ayədə “tisi ayatin” (9 möcüzə) ifadəsinə gələnə qədər, “tisi ayatin” ifadəsindəki hərflər 9 sözdə var. “Tisi ayatin” (9 möcüzə) ifadəsindən etibarən ayə sonuna qədər olan söz sayı 9-dur. “Tisi ayatin” (9 möcüzə), surədə sonundan əvvələ doğru 9-cu səhifədə var. Ayədə “9” mənasını verən “tisi” sözünə gələnə qədər istifadə edilən nöqtəsiz hərf növü 9-dur. “Tisi” (9) sözündən etibarən ibarə sonuna qədər istifadə edilən nöqtəsiz hərf sayı 9-dur.1 Tisi” (9) ayənin sonundan əvvələ doğru 9-cu sözdür. Surənin müqədda hərfləri olan “ta, sin” hərflərinin əbcəd dəyəri 9-dur (ən kiçik əbcəd hesabı ilə).
İstinadlar
- Sin, ayn, əlif, lam, ye, ra, vav, mim, ha ↩


