“Kəhf” surəsi, 9
Kəhf Əhli və mağarada 309 il qalmaları
Quranda Əshabı Kəhfin mağarada nə qədər qaldıqları bildirilərkən “Onlar mağarada üç yüz il, üstəlik doqquz il də qaldılar..” (Kəhf surəsi, 25) deyilməkdədir.
أَمْ حَسِبْتَ أَنَّ أَصْحَٰبَ ٱلْكَهْفِ وَٱلرَّقِيمِ كَانُوا۟ مِنْ ءَايَٰتِنَا عَجَبًا ٩
Yoxsa sən mağara və Rəqim əhlinin möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən?
“K əhf Əhli” mənasını verən “Ashabe'l Kehf” ifadəsinin əbcəd dəyəri 238-dir (kiçik əbcəd hesabı ilə). Surədə “Ashabe'l Kehfi” (Kəhf Əhli) ifadəsinə qədər olan heca sayı da 238dir.1 Ayədə “Ashabe'l Kehfi”-ə (Kəhf Əhli) gələnə qədər istifadə edilən hərf növü 7-dir.2 “Ashabe'l Kehfi” (Kəhf Əhli) ifadəsindən etibarən ayə sonuna qədər olan söz sayı 7-dir. Surədə Əshabı Kəhf hekayəsindəki, Rəbbimizin “Allah” olaraq zikr edilən adı 7 dəfə keçməkdədir. “Ashabe'l Kehfi” (Mağara Əhli) səhifədəki 7-ci ibarədə var. Bu ayə, səhifədə sondan başa doğru 7-ci ayədir.

فَضَرَبْنَا عَلَىٰٓ ءَاذَانِهِمْ فِى ٱلْكَهْفِ سِنِينَ عَدَدًۭا ١١
Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik).
Quranda Əshabı Kəhfin mağarada nə qədər qaldıqları bildirilərkən “Onlar mağarada üç yüz il, üstəlik doqquz il də qaldılar..” (Kəhf surəsi, 25) deyilməkdədir. Təfsirçilər (təfsir edənlər) bu ayəni açıqlayarkən, Kəhf Əhlinin Hicri ilinə görə 300 il, Qəməri təqviminə görə isə 309 il yatdıqlarına işarə edildiyini ifadə etməkdədirlər.
Surədə “nə qədər illər” mənasını verən “sinine adeda” ifadəsinə qədər olan heca sayı tam 309-dur.3
Surədə “sinine adeda” ifadəsinə gələnə qədər olan nöqtəsiz hərf sayı 309dur.
ثُمَّ بَعَثْنَٰهُمْ لِنَعْلَمَ أَىُّ ٱلْحِزْبَيْنِ أَحْصَىٰ لِمَا لَبِثُوٓا۟ أَمَدًۭا ١٢
Sonra iki dəstədən hansının onların mağarada qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq.
Bu ayədə Əshabı Kəhfin oyandırılma səbəbi olaraq, hansı qrupun yatma müddətlərini daha yaxşı hesab edəcəyini ortaya çıxarmaq üçün olduğu bildirilməkdədir. Bu ayəyə gələnə qədər olan heca sayı tam 309-dur.4
وَلَبِثُوا۟ فِى كَهْفِهِمْ ثَلَٰثَ مِا۟ئَةٍۢ سِنِينَ وَٱزْدَادُوا۟ تِسْعًۭا ٢٥
Onlar mağaralarında üç yüz il qaldılar və doqquz (il) daha qatdılar.
Quranda Əshabı Kəhfin mağarada qaldıqları müddətin birbaşa 309 il olaraq ifadə edilməyib, 9 illik bir müddətin əlavə edilməsi son dərəcə hikmətlidir. Çünki ifadə şəkli ilə Günəş və Ay illəri (Şəmsi və Qəməri illər) arasındakı fərqə diqqət çəkilməkdədir (doğrusunu Allah bilir).
Bilindiyi kimi günəş ili, Yer kürəsinin Günəş ətrafında dönməsindən meydana gəlir və Dünyanın müəyyən bir nöqtədən ard-arda 2 dəfə keçməsi arasında qalan 365,242217 günəş günü, bir günəş ilini meydana gətirər. Ay ili isə 354,36768 gündən ibarətdir ki, bu Ayın Yer kürəsi ətrafında 12 dəfə döndüyü müddətdir. Hesablayacaq olsaq, günəş və ay ili arasında 10,874537 gün fərq vardır. Buna görə 100 günəş ili 103 ay ilinə bərabər gəlir.
300 günəş ilinin ay ili olaraq qarşılığını tapmaq üçün isə (tam ayədəki kimi) 9 il daha əlavə etmək lazımdır.
Surədə bu ayəyə gələnə qədər olan ayə nömrələrinin cəmi 300-dür (Miladi 300 il, hicri 309 il deməkdir.) Əshabı Kəhfdən və yuxu müddətlərindən bəhs edən son səhifə olan bu səhifədən sonra, Quranın sonuna qədər olan səhifə sayı 309-dur.
وَكَذَٰلِكَ بَعَثْنَٰهُمْ لِيَتَسَآءَلُوا۟ بَيْنَهُمْ ۚ قَالَ قَآئِلٌۭ مِّنْهُمْ كَمْ لَبِثْتُمْ ۖ قَالُوا۟ لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍۢ ۚ قَالُوا۟ رَبُّكُمْ أَعْلَمُ بِمَا لَبِثْتُمْ فَٱبْعَثُوٓا۟ أَحَدَكُم بِوَرِقِكُمْ هَٰذِهِۦٓ إِلَى ٱلْمَدِينَةِ فَلْيَنظُرْ أَيُّهَآ أَزْكَىٰ طَعَامًۭا فَلْيَأْتِكُم بِرِزْقٍۢ مِّنْهُ وَلْيَتَلَطَّفْ وَلَا يُشْعِرَنَّ بِكُمْ أَحَدًا ١٩
Beləcə onları oyatdıq ki, nə baş verdiyini bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: “Burada nə qədər qaldınız?” – dedi. Bəziləri: “Bir gün yaxud günün bir hissəsi qədər qaldıq” – dedilər. Digərləri də dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin. Amma ehtiyatlı olsun və sizin barənizdə heç kəsi duyuq salmasın!


