“Nəhl” surəsi, 68

Pətəkdəki bucaqlar

“Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır.

1 dəq oxuma

İnteraktiv vizual

وَأَوْحَىٰ رَبُّكَ إِلَى ٱلنَّحْلِ أَنِ ٱتَّخِذِى مِنَ ٱلْجِبَالِ بُيُوتًۭا وَمِنَ ٱلشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ ۝٦٨

Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör.
“Nəhl” surəsi, 68

“Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 69) Bilindiyi kimi bal arısı, hazırladığı balı altıbucaqlı şəklindəki evlərinə (pətəklərə) doldurmaqdadır. Pətək inşasında bütün şəkillər içində ən idealı altıbucaqlıdır. Məsələn, pətək gözləri beşbucaqlı, səkkizbucaqlı, doqquzbucaqlı və s. şəklində olsaydı, bütün kənarları bir-biriylə üst-üstə düşməyəcək; beləcə pətək gözləri arasında istifadə edilməyən boşluqlar qalacaqdı. Ancaq arılar Allahın ilhamı ilə altıbucaqlı şəkilli pətəklər düzəldərək, ən az bal mumu ilə ən çox bal yığarlar. Bal arısından, baldan və pətəkdən bəhs edilən ayələr, Quranda yalnız bu ayələrdir. Bu ayələrdəki hərflərin əbcəd dəyəri də 720-dir (ən kiçik əbcəd hesabı ilə). Pətəkdəki gözlərin daxili bucaqları cəmi 720 dərəcədir. Pətəkdəki hər bir göz altıbucaqlıdır. Altıbucaqlıdakı hər bir daxili bucaq da 120 dərəcədir. Nəhl surəsində bu mövzuya gələnə qədər olan ibarə sayı 120-dir.

120° أَنِ ٱتَّخِذِى مِنَ ٱلْجِبَالِ بُيُوتًۭا

Ayə istinadları