“Nəhl” surəsi, 4

İnsandakı xromosom sayı

Yetkin bir insan bədənində təxminən 100 trilyon hüceyrə var. Hüceyrələrin hamısı eyni genetik quruluşa malikdir. Bu genetik quruluş, hüceyrənin nüvəsi içərisində yer alan xromosomlarda olar.

3 dəq oxuma

İnteraktiv vizual

خَلَقَ ٱلْإِنسَٰنَ مِن نُّطْفَةٍۢ فَإِذَا هُوَ خَصِيمٌۭ مُّبِينٌۭ ۝٤

Allah insanı nütfədən yaratdı. O isə açıq-aşkar mübahisəçiyə çevrildi.
“Nəhl” surəsi, 4

Yetkin bir insan bədənində təxminən 100 trilyon hüceyrə var. Hüceyrələrin hamısı eyni genetik quruluşa malikdir. Bu genetik quruluş, hüceyrənin nüvəsi içərisində yer alan xromosomlarda olar. Bir insan hüceyrəsində 23 cüt, yəni 46 ədəd xromosom vardır. Bunların 23-ü anadan, 23-ü atadan gəlməkdədir. Bu xromosomlarda da, o insana aid xüsusiyyətlərin qeydli olduğu DNT molekulları vardır. Elm dünyası, insan hüceyrəsindəki xromosom sayının 46 olduğunu ancaq 20-ci əsrin ikinci yarısında öyrənə bilmişdir.

4623 × 2 خَلَقَ ٱلْإِنسَٰنَ مِن نُّطْفَةٍۢ

Quranda “məni” və “nütfə” ("nütfə" sözü cümlədə istifadə yeri etibarilə, qrammatika qaydasına görə nutfetin, nutfete, nutfeten kimi fərqli şəkillərdə oxunmaqdadır. Ancaq burada bir məna dəyişikliyi yoxdur) sözləri, fərqli şeylər olaraq bəhs edilməkdədir. “Məni” bütünü, “nütfə” isə onun bir hissəsini ifadə etmək üçün istifadə edilməkdədir. “Nutfetin” (nütfə) sözünün əbcəd dəyəri 23-dür (ən kiçik əbcəd hesabı ilə).

Surədə “nütfetin” sözünə gələnə qədər istifadə edilən hərf növü 23-dür.1

Ayədə “nütfetin” sözünə gələnə qədər istifadə edilən hərf növlərinin əbcəd dəyəri 23-dür2 (ən kiçik əbcəd hesabı ilə).

Surədə “nütfetin” sözünə gələnə qədər olan nöqtəli hərf sayı 46-dır. “Sonra su damlasından laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır! (Muminun surəsi, 14) “Nütfete” sözünün əbcəd dəyəri 23-dür (ən kiçik əbcəd hesabı ilə).

Muminun surəsinin 13-cü ayəsindəki “nutfeten” ifadəsindən etibarən 14cü ayədəki “nutfete” ifadəsinə gələnə qədər olan hərf sayı 23-dür.

Ayədə “nutfeten” ifadəsinə qədər olan istifadə edilən hərf növlərinin əbcəd dəyəri 46-dır3 (ən kiçik əbcəd hesabı ilə). “Nutfete” ifadəsindən sonra ibarə sonuna qədər, “spermada” ifadəsinə aid hərflərin əbcəd dəyəri 46-dır4 (ən kiçik əbcəd hesabı ilə).

Surədəki “nutfete” ifadəsinə gələnə qədər, “nütfete”yə aid hərflərin olduğu söz sayı 46-dır.

وَٱللَّهُ خَلَقَكُم مِّن تُرَابٍۢ ثُمَّ مِن نُّطْفَةٍۢ ثُمَّ جَعَلَكُمْ أَزْوَٰجًۭا ۚ وَمَا تَحْمِلُ مِنْ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِۦ ۚ وَمَا يُعَمَّرُ مِن مُّعَمَّرٍۢ وَلَا يُنقَصُ مِنْ عُمُرِهِۦٓ إِلَّا فِى كِتَٰبٍ ۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌۭ ۝١١

Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır.
“Fatir” surəsi, 11

“Nütfetin” ifadəsinin əbcəd dəyəri 23-dür (ən kiçik əbcəd hesabı ilə). “Nütfetin” ifadəsindən etibarən ayə sonuna qədər istifadə edilən hərf növü 23-dür.5

هُوَ ٱلَّذِى خَلَقَكُم مِّن تُرَابٍۢ ثُمَّ مِن نُّطْفَةٍۢ ثُمَّ مِنْ عَلَقَةٍۢ ثُمَّ يُخْرِجُكُمْ طِفْلًۭا ثُمَّ لِتَبْلُغُوٓا۟ أَشُدَّكُمْ ثُمَّ لِتَكُونُوا۟ شُيُوخًۭا ۚ وَمِنكُم مَّن يُتَوَفَّىٰ مِن قَبْلُ ۖ وَلِتَبْلُغُوٓا۟ أَجَلًۭا مُّسَمًّۭى وَلَعَلَّكُمْ تَعْقِلُونَ ۝٦٧

Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra sizi (ana bətnindən) uşaq olaraq çıxardan, sonra yetkinlik yaşına çatasınız, sonra da qocalasınız deyə yaşadan Odur. Sizdən kimisi də daha əvvəl vəfat edir. Bu ona görədir ki, siz müəyyən bir vaxta qədər yaşayasınız və bəlkə (bunları) düşünüb dərk edəsiniz.
“Mömin” surəsi, 67

“Nütfetin” sözünün əbcəd dəyəri 23-dür (ən kiçik əbcəd hesabı ilə). “Nütfetin” sözündən etibarən ibarə sonuna qədər olan nöqtəli hərf sayı 23dür. “Nütfetin” sözü ayədə sonundan əvvələ doğru 23-cü sözdür.

Ayədə “nütfetin” sözünə qədər olan nöqtəli hərflərin əbcəd dəyəri 46-dır (ən kiçik əbcəd hesabı ilə).

Bu ayədəki nöqtəli hərf sayı 46-dır.

مِن نُّطْفَةٍ إِذَا تُمْنَىٰ ۝٤٦

Axıdılan damla sudan (nütfədən).
“Nəcm” surəsi, 46

“Nütfetin” ifadəsinin əbcəd dəyəri 23-dür (ən kiçik əbcəd hesabı ilə). “Nütfetin” ifadəsindən sonra surə sonuna qədər, “nütfetin” ifadəsinin hərfləri 46 dəfə keçməkdədir.6 “Nütfetin” ifadəsinin olduğu ayənin nömrəsi 46-dır. İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. (İnsan surəsi, 2) “Nütfetin” sözünün əbcəd dəyəri 23-dür (ən kiçik əbcəd hesabı ilə). “Nütfetin” sözündən etibarən ibarə sonuna qədər olan nöqtəli hərflərin əbcəd dəyəri 23-dür (ən kiçik əbcəd hesabı ilə).

أَلَمْ يَكُ نُطْفَةًۭ مِّن مَّنِىٍّۢ يُمْنَىٰ ۝٣٧

Məgər o, kişi toxumundan axıdılan bir damla (nütfə) deyildimi?
“Qiyamət” surəsi, 37

Qiyamət surəsi 37-ci ayədəki “nütfə” ilə İnsan surəsi 2-ci ayədəki “nütfə” arasında istifadə edilən hərf növü 23-dür.7 Qiyamət surəsində 37-ci ayədəki “nütfə”dən etibarən İnsan surəsi 2-ci ayədəki “nütfəyə”yə qədər, “nütfə”yə aid hərf olan söz sayı 23-dür.8

İstinadlar

  1. Əlif, te, ye, mim, ra, lam, he, fe, sin, ayn, cim, vav, be, ha, nun, şın, kef, ze, dal, zel, kaf, hı, dad. Laməlif iki. Bəsmələ daxil və ya xaric ↩
  2. Hı, lam, kaf, əlif, nun, sin, mim ↩
  3. Se, mim, hı, lam, kaf, nun, əlif, tı, fe, te ↩
  4. Nun: 3, tı: 0, fe: 3, te: 4 ↩
  5. Se, mim, cim, ayn, lam, kef, əlif, ze, vav, te, ha, ye, nun, dad, laməlif, be, he, ra, kaf, sad, fe, zel, sin, laməlif bir ↩
  6. Nun: 23, tı: 1, fe: 9, te: 13 ↩
  7. Mim, nun, ye, se, kef, əlif, ayn, lam, kaf, te, fe, hı, sin, vav, cim, he, ze, zel, ra, be, dal, ha, şın. Bəsmələ daxil və ya xaric ↩
  8. Bəsmələ daxil ↩

Ayə istinadları