“Yunus” surəsi, 61
Kvant fizikası
Quran-i Kərimin endirildiyi çağda kvant fizikası və subatomik hissəciklər bilinmirdi. Lakin Quran-i Kərim həm işarə etdiyi elmi məlumatlar, həm də hərflərin düzülüş ardıcıllığı baxımından bir çox elmi inkişafı əhatə edən işarələr…
Quran-i Kərimin endirildiyi çağda kvant fizikası və subatomik hissəciklər bilinmirdi. Lakin Quran-i Kərim həm işarə etdiyi elmi məlumatlar, həm də hərflərin düzülüş ardıcıllığı baxımından bir çox elmi inkişafı əhatə edən işarələr ehtiva etməkdədir. Bunun bir başqa nümunəsi də Kəhf surəsinin 37 və 39-cu ayələrində görülməkdə; kainatımızı meydana gətirən bu təməl hissəciklərin adlarına və ağırlıqlarına işarə edən bir möcüzə yer almaqdadır (doğrusunu Allah bilir). “Neytron” sözünü meydana gətirən hərflər (ərəbcə Nun-Te-Re-Nun hərfləri), bütün Quran-i Kərimdə başdan sona yalnız iki ayədə keçməkdədir. Bunlardan biri 18-ci surənin 39-cu ayəsidir və “neytron kütləsi=1839 me” olaraq ifadə edilməkdədir.


Görüldüyü üzrə, Kəhf surəsinin 39-cu ayəsində həm neytron adına, həm də ayə nömrəsi ilə neytronun ağırlığına açıq şəkildə işarə edilməkdədir (doğrusunu Allah bilir). Digər minlərlə ayədə bu hərflər yan-yana gəlməməkdə, tam 18-ci surənin 39 nömrəli ayəsində “neytron” sözü ortaya çıxmaqdadır. Eyni vəziyyət “proton” üçün də keçərlidir. Proton sözünü meydana gətirən hərflər (ərəbcə Be-Re-Te-Nun hərfləri) Quranı Kərimdə neytrona nisbətlə daha çox sayda keçməkdədir. Ancaq Kəhf surəsinin 37-ci ayəsində, yəni 18:37 nömrəli ayədə, proton sözünü meydana gətirən hərflər soldan sağa yan-yana gəlməkdədir. Protonun kütləsi isə “1836-1837 me arasındadır” və “1837 me” olaraq qəbul edilməkdədir. Bu səbəbdən burada da ayənin nömrəsi olan 18:37, protonun ağırlığı olan “1837 me”yə işarə etməkdədir (doğrusunu Allah bilir). “Neytron” və “proton” sözləri azərbaycanca, türkcə, ingiliscə, ərəbcə və fərqli dillərdə demək olar ki, eyni şəkildə yazılıb oxunmaqdadır.


Atomları, zərrələri meydana gətirən bu hissəciklərə Quranda işarə edilən bir başqa ayə isə belədir:
وَمَا تَكُونُ فِى شَأْنٍۢ وَمَا تَتْلُوا۟ مِنْهُ مِن قُرْءَانٍۢ وَلَا تَعْمَلُونَ مِنْ عَمَلٍ إِلَّا كُنَّا عَلَيْكُمْ شُهُودًا إِذْ تُفِيضُونَ فِيهِ ۚ وَمَا يَعْزُبُ عَن رَّبِّكَ مِن مِّثْقَالِ ذَرَّةٍۢ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ وَلَآ أَصْغَرَ مِن ذَٰلِكَ وَلَآ أَكْبَرَ إِلَّا فِى كِتَٰبٍۢ مُّبِينٍ ٦١
...Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.


