“Ənam” surəsi, 59

Yeraltındakı enerji: neft

Enerji qaynaqlarının başında gələn neft (Türk dilində: Petrol), bu adla ilk dəfə Alman mineraloq Georgius Agricolanın 1556-cı il tarixli “De Re Metallıca” (Mineralların təbiəti üzərinə) adlı əsərində keçməkdədir.

1 dəq oxuma

İnteraktiv vizual

Enerji qaynaqlarının başında gələn neft (Türk dilində: Petrol), bu adla ilk dəfə Alman mineraloq Georgius Agricolanın 1556-cı il tarixli “De Re Metallıca” (Mineralların təbiəti üzərinə) adlı əsərində keçməkdədir.

Yeraltındakı enerji: neftYeraltındakı enerji: neft

Kimyəvi tərkibinə görə neft təbii qaza və asfalta yaxındır. Bu səbəbdən də çox vaxt bu maddələr ümumilikdə petrolitlər də adlanırlar. Qurandan əsrlər sonra adlandırılan bu enerji qaynağı ilə əlaqədar, Quranda əhəmiyyətli işarələr yer almaqdadır (doğrusunu Allah bilir). Neft (petrolit) sözünü meydana gətirən hərflər (Be-Te-Re-Le) bütün Quranda tək bir ayədə yan-yana keçməkdədir. Ənam surəsinin 59-cu ayəsində, “yerin qaranlıqlarındakı” mənasını verən “fi zulumati elardi” ifadəsi də, neftin yerin altındakı meydana gəlməsinə işarə edər kimi eyni ayədə yer almaqdadır.

۞ وَعِندَهُۥ مَفَاتِحُ ٱلْغَيْبِ لَا يَعْلَمُهَآ إِلَّا هُوَ ۚ وَيَعْلَمُ مَا فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ ۚ وَمَا تَسْقُطُ مِن وَرَقَةٍ إِلَّا يَعْلَمُهَا وَلَا حَبَّةٍۢ فِى ظُلُمَٰتِ ٱلْأَرْضِ وَلَا رَطْبٍۢ وَلَا يَابِسٍ إِلَّا فِى كِتَٰبٍۢ مُّبِينٍۢ ۝٥٩

...O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın...
“Ənam” surəsi, 59

Qurandan əsrlər sonra istifadə edilən neft (petrolit) sözünün fərqli dillərdəki yazılışı və ya oxunuşu demək olar eynidir; azərbaycanca, türkcə, ingiliscə, ərəbcədə olduğu kimi… Həmçinin elm adamları neftin meydana gəlməsini açıqlayarkən, heyvan və bitkilərə aid qalıqların uzun bir zamandan sonra neftə çevrildiyini ifadə etməkdədirlər. Quranda bu çevrilməyə diqqət çəkən bir başqa ayə belədir:

وَٱلَّذِىٓ أَخْرَجَ ٱلْمَرْعَىٰ ۝٤ فَجَعَلَهُۥ غُثَآءً أَحْوَىٰ ۝٥

O Rəbbin ki, otlağı cücərtdi, sonra da qaralmış samana çevirdi.
“Əla” surəsi, 4-5

Ayə istinadları