“Nəml” surəsi, 40
Televiziyanın kəşfi
Televiziya verilişləri işıq sürətindəki elektromaqnitik dalğaların evlərimizə qədər gəlməsi ilə reallaşdırılmaqdadır.
Televiziya verilişləri işıq sürətindəki elektromaqnitik dalğaların evlərimizə qədər gəlməsi ilə reallaşdırılmaqdadır. Televiziya dalğaları elə sürətlidir ki, kilometrlərcə uzaqlıqdan bir saniyə içərisində görüntü transferi edilə bilməkdədir. Qurandakı Nəml surəsində (bu texnologiyanı xatırladacaq şəkildə) hz. Süleymanın fərqli bir ölkədə olan kraliçanın taxtını, bir saniyə içərisində möcüzəvi şəkildə gətirtdiyi izah edilməkdədir:


قَالَ ٱلَّذِى عِندَهُۥ عِلْمٌۭ مِّنَ ٱلْكِتَٰبِ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبْلَ أَن يَرْتَدَّ إِلَيْكَ طَرْفُكَ ۚ فَلَمَّا رَءَاهُ مُسْتَقِرًّا عِندَهُۥ قَالَ هَٰذَا مِن فَضْلِ رَبِّى لِيَبْلُوَنِىٓ ءَأَشْكُرُ أَمْ أَكْفُرُ ۖ وَمَن شَكَرَ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِۦ ۖ وَمَن كَفَرَ فَإِنَّ رَبِّى غَنِىٌّۭ كَرِيمٌۭ ٤٠
Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam!..
Bu ayə ilk baxışda bizə teleportasiya (şüalama) və ya görüntü nəqlini (televiziyanı) xatırlatmaqdadır. Bu hadisənin izah edildiyi Nəml surəsində bəzi hərflərin gizli bir şəkildə yan-yana gəlib “televiziya” sözünü meydana gətirdiyi görülməkdədir. Televiziya sözünü meydana gətirən hərflər, hz. Süleymandan bəhs edilən Nəml surəsinin 17-ci ayəsində soldan sağa yan-yana düzülmüş vəziyyətdədir. Televiziya sözü azərbaycanca, türkcə, ingiliscə, ərəbcə və fərqli dillərdə demək olar eyni şəkildə yazılıb oxunmaqdadır. Hərflərin düzülməsi ilə əlaqədar bütün bu nümunələr bir yerdə araşdırıldığında, təsadüflərlə açıqlanması mümkün olmayan bir möcüzə ortaya çıxmaqdadır. Eyni zamanda, bu nümunələrin hər biri araşdıranlar üçün, Quranda daha nə qədər möcüzələrin gizli ola biləcəyinə də bir işarədir. Bir ayədə, Rəbbimiz Quran-i Kərimlə əlaqədar belə buyurmaqdadır:
وَلَوْ أَنَّمَا فِى ٱلْأَرْضِ مِن شَجَرَةٍ أَقْلَٰمٌۭ وَٱلْبَحْرُ يَمُدُّهُۥ مِنۢ بَعْدِهِۦ سَبْعَةُ أَبْحُرٍۢ مَّا نَفِدَتْ كَلِمَٰتُ ٱللَّهِ ۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌۭ ٢٧
Əgər Yer kürəsindəki bütün ağaclar qələm olsaydı, dəniz də mürəkkəb olub ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allahın Sözləri qurtarmazdı. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.
“Venera” sözünü təşkil edən hərflər Enfal surəsinin 72-ci ayəsində sağdan sola doğru yan-yana gəlməkdədir.


