“Nur” surəsi, 35

Kvazar və qravitasiya linza təsiri

Cisim qravitasiya linza təsiri ilə olması gərəkən yerdə deyil, fərqli mövqelərdə və birdən artaq sayda görünür.

4 dəq oxuma

İnteraktiv vizual

۞ ٱللَّهُ نُورُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ مَثَلُ نُورِهِۦ كَمِشْكَوٰةٍۢ فِيهَا مِصْبَاحٌ ۖ ٱلْمِصْبَاحُ فِى زُجَاجَةٍ ۖ ٱلزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌۭ دُرِّىٌّۭ يُوقَدُ مِن شَجَرَةٍۢ مُّبَٰرَكَةٍۢ زَيْتُونَةٍۢ لَّا شَرْقِيَّةٍۢ وَلَا غَرْبِيَّةٍۢ يَكَادُ زَيْتُهَا يُضِىٓءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌۭ ۚ نُّورٌ عَلَىٰ نُورٍۢ ۗ يَهْدِى ٱللَّهُ لِنُورِهِۦ مَن يَشَآءُ ۚ وَيَضْرِبُ ٱللَّهُ ٱلْأَمْثَٰلَ لِلنَّاسِ ۗ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌۭ ۝٣٥

Allah göylərin və yerin nurudur. Onun möminlərin qəlbində olan nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O çıraq təkcə şərqə və ya təkcə qərbə aid edilməyən daim günəş şüaları altında qalan mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od ona toxunmasa da, yağı işıq saçır. Bu, nur üstündə nurdur. Allah istədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir.
“Nur” surəsi, 35

Cisim qravitasiya linza təsiri ilə olması gərəkən yerdə deyil, fərqli mövqelərdə və birdən artaq sayda görünür.

Kvazar və qravitasiya linza təsiri

Kvazar, kosmosda radio dalğası yayan, ulduz kimi görünən, sıx və son dərəcə parlaq cisimlərə verilən addır. Kvazar kainatdakı bilinən ən parlaq cisimlərdir. Hal-hazırda kainatdakı ən parlaq kvazarın parlaqlığı, Günəşin parlaqlığından 2 trilyon qat çoxdur (2x1012); Süd yolu kimi nəhəng qalaktikanın ümumi işığından isə minlərlə qat çoxdur.1

Yuxarıdakı ayədə keçən “nur” sözü “işıq, parlaqlıq, işıqlıq, şüa, parıltı, işıqlandırma” mənalarını verməkdədir. Ayədə təsvir edilən işıq, parlaqlıq bir istiqamətiylə, kvazar olaraq bilinən bu göy cisimlərinə işarə ola bilər. Çünki ayədəki digər ifadələr də, kvazarın işığının görünmə şəklini, işığın qaynağını son dərəcə hikmətli bir şəkildə təsvir etməkdədir (doğrusunu Allah bilir).

Ayədə “sanki inci kimi bir ulduzdur” mənasını verən “keenneha kevkebun durriyyun” ifadəsindəki “duriyyun” sözü “parlaq” mənasıyla kvazarların elmi təriflərindəki “ulduz kimi parlaq cisim” ifadəsi ilə son dərəcə uyğundur.2 Həmçinin ayədə bu işığın yandırılmasından bəhs edilərkən “atəş ona toxunmasa da yağı işıq saçır” şəklində bildirilməkdədir. Bu ifadəylə də kvazarlardakı atəşsiz yanma şəklinə (nüvə parçalama) işarə edilmiş ola bilər. Kosmosda oksigen sərbəst halda olmadığı üçün, kvazarların parıldaması üçün alov kimi yanmasından söhbət gedə bilməz. Buradakı yanma hidrogen atomlarının sıxışaraq helium ortaya çıxarmaları şəklində reallaşar. Bu əsnada ortaya çıxan enerji kosmosda işıldayar.

NASAnın Hubble kosmik teleskopu ilk dəfə uzaqdakı tək bir kvazarın beş ayrı ulduz kimi verdiyi görüntüləri əldə etmişdir.

Kvazar və qravitasiya linza təsiri

Digər tərəfdən ayədəki “(Bu,) Nur üstünə nurdur” ifadəsiylə isə, astronomiyada bəhs edilən “Qravitasiya linza təsiri”nə işarə edilir ola bilər (doğrusunu Allah bilir). Göylərdəki işıq qaynaqlarını araşdıran astronomlar, bu ayədəki bənzətmə və tərifləri çox açıq və asan bir şəkildə anlayacaq. Bəhs edilən təsir “qara dəlik” kimi sıx kütləsi olan bir cismin arxasındakı işıq qaynağından çıxan şüaların, sıx kütləli cismin təsiriylə ayrılaraq fərqli qollardan bizə çatmasıdır. Buna görə də elə başa düşürük ki, gördüyümüz işığın birdən çox mənbəyi var. “Qravitasiya linza təsiri” olaraq bilinən bu təsir ilə cisim olduğu yerdə deyil, fərqli mövqelərdə və birdən çox sayda görünür. Ayədəki “o çıraq bir şüşə içərisindədir” ifadəsindəki şüşə də, qara dəliyin qravitasiya təsir sahəsi olaraq şərh oluna bilər (doğrusunu Allah bilir). NASA yaranan bu təsiri təsvir edərkən, şüşə stəkanın işıq üzərindəki təsirinə bənzədirlər:

Qalaktikanın uzaqdakı kvazar üzərindəki qravitasiya təsiri, bir su stəkanının uzaqdakı küçə lampası üzərindəki linza təsirinə bənzəyər, birdən çox görünüş meydana gətirər.3 “The New York Times”in 20-ci əsrin ən qabaqcıl kitabları arasında saydığı “The Whole Shebang” (Bütün məsələ) adlı kitabında, elmi yazar olan Timothy Ferris mövzunu belə açıqlamaqdadır:

Kvazardan gələn işıq bizə doğru səyahət edərkən… qalaktika çoxluqlarının hər iki tərəfindən də keçə bilər. Qalaktika qrupunun ətrafındakı kosmos əyilər və bir linza kimi davranar, bunun nəticəsində tək bir kvazara aid iki görüntü görərik.4 Ayədəki “nur üstünə nurdur” ifadəsiylə buradakı əks olunan, birdən çox görünüşə sahib işığa işarə edilmiş ola bilər. Həmçinin ayədə işığın tərifindəki “şərqə və ya təkcə qərbə aid edilməyən” ifadəsinin, həqiqi işıq qaynağının istiqamətinin naməlumluğuna da işarə etməsi mümkündür (doğrusunu Allah bilir). Kvazarlar kainatdakı ən parlaq cisimlərdir və mərkəzdəki “qara dəlik” ilə güclənən qalaktikaların parlaq nüvələridir. Qalaktikaya aid ulduzların və qazların büzüşməsi nəticəsində yaranan qara dəliklər, kvazarın enerji qaynağıdır. Kvazarların parlaqlığı, qalaktikaların nüvələrindəki qara dəliyə doğru düşən ulduzlardan yayılar. Ayədə keçən “qəndil” kvazar olaraq düşünülsə, “çıraq” kvazarı bəsləyən “qara dəlik” ola bilər (doğrusunu Allah bilir). Eynşteyn “qravitasiya linzası” deyə təyin etdiyi təsir səbəbiylə, kosmosdakı cisimlərin işığı bükə biləcəklərini və bir müşahidəçinin tək bir qaynağa aid çox sayda görünüş müşahidə etməsinin mümkün olduğunu qarşıya qoymuşdu.5 Ancaq bu təsir ilk dəfə 1979-cu ildə “Əkiz kvazar” olaraq bilinən bir kvazarda müşahidə edilə bildi. Kvazarlar isə ilk dəfə 1963-cü ildə, Quranın endirilməsindən 14 əsr sonra kəşf edilmişdir. Quranda Nur surəsinin 35-ci ayəsində təsvir edilən göy cisimlərinin mövqeləri, xüsusiyyətləri təəccüblü şəkildə dövrümüzün elmi isbatları ilə uyğundur. Bu və digər çox saydakı elmi möcüzələr, Quranın hər şeyin məlumatına sahib, sonsuz elm sahibi və hər şeyin Yaradıcısı olan Rəbbimizin vəhyi olduğunun açıq bir dəlilidir.

İstinadlar

  1. http://en.wikipedia.org/wiki/Quasar ↩
  2. http://www.thefreedictionary.com/quasar ; http://antwrp.gsfc.nasa.gov/apod/ap951022.html ↩
  3. https://apod.nasa.gov/apod/ap950711.html ↩
  4. Timothy Ferris, The Whole Shebang, 1997, səh. 61 25)https://www.britannica.com/science/quasar ; http://antwrp.gsfc.nasa.gov/apod/kvazar.html ↩
  5. “What his Gravitational Lensing?”, CFHTLenS, http://www.cfhtlens.org/public/whatgravitational-lensing ↩

Ayə istinadları