“Mutəffifin” surəsi, 14
Qandakı oksidləşmə
Mutaffifin surəsinin 14-cü ayəsində qəlblər üçün işlədilən “pas bağlama” ifadəsi ürəkdə baş verən biokimyəvi reaksiyaya işarə ola bilər.
كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُوا۟ يَكْسِبُونَ ١٤
Xeyr, əsla! Onların qazandıqları (günahlar) qəlbləri üzərində pas bağlamışdır.
Mutaffifin surəsinin 14-cü ayəsində qəlblər üçün işlədilən “pas bağlama” ifadəsi ürəkdə baş verən biokimyəvi reaksiyaya işarə ola bilər. (Doğrusunu Allah bilir) Məlum olduğu kimi, pas dəmirin oksigenlə reaksiyaya girməsi — oksidləşməsi — nəticəsində yaranır. Havadan aldığımız oksigen də qandakı hemoqlobinin tərkibindəki dəmir sayəsində bədəndə daşınır. Bu zaman oksigen qandakı dəmirlə reaksiyaya girir. Beləliklə, insan bədənindəki qanda — deməli, qan dövranı sisteminin mərkəzi olan ürəkdə — fasiləsiz olaraq paslanmaya bənzər bir reaksiya baş verir.

Hətta bədəndəki dəmir artıqlığı eynilə paslanmaya bənzər oksidləşmə yaradaraq bütün bədən hüceyrələrinin erkən qocalmasına səbəb olur. Bədəndə həddindən artıq dəmir toplanması nəticəsində yaranan “hemoxromatoz” xəstəliyində də dəmir zəhərli təsir göstərərək ürək, qaraciyər kimi orqanların iflasına səbəb olur. Bu hadisə dəmirin oksidləşməsi nəticəsində baş verdiyi üçün orqanlarda “pas yığılması” və ya orqanların “paslanması” kimi təsvir edilir. Science News jurnalında doktor Şeron Makdonnel dəmirin orqanları təşkil edən hüceyrələri oksidləşdirməsini “Bu, paslanmadır” ifadəsi ilə təsvir edir.
Başqa bir mənbədə isə bu xəstəlik haqqında bunlar deyilir:
… Hemoxromatozu olanlar dəmiri sorub orqanlarında toplayırlar. Zaman keçdikcə bu, zəhərli miqdarda yığılaraq orqanların iflasına səbəb olur; çünki onlar sözün həqiqi mənasında paslanırlar.
Bədəndəki dəmirin oksigenlə reaksiyasını — qandakı oksidləşməni — müəyyən etmək yalnız yüksək səviyyəli texnoloji avadanlığa malik laboratoriyalarda mümkündür. Quranda elmi məlumatlarla uyğun belə bir bənzətmənin yer alması, Quranın nazil olduğu dövr nəzərə alındıqda açıq bir möcüzədir. Bundan başqa, Quranda bunun kimi müasir elmlə uyğun saysız məlumatın yer alması Quranın hər şeyin elminə sahib olan, hər şeyi yaradan Rəbbimizin vəhyi olduğunun göstəricilərindən biridir.
Mənbələr
- Deborah Weisberg, Post Gazette, "New center treats victims of chronic iron poisoning", 10 Kasım 1998; http://www.post-gazette.com/healthscience/19981110hemo1.asp
- http://www.explorepub.com/articles/enderlein1.html; Karl Windstosser, Polymorphic Symbionts as Potential Cofactors in Cancer Processes", Explore, cilt 7, no. 6, 1997.
- http://biomedx.com/microscopes/rrintro/rr2.html
- http://en.wikipedia.org/wiki/Tsunami


