“Məryəm” surəsi, 4
Yaşlılıqda sümük əriməsi
Məryəm surəsinin 4-cü ayəsində keçən “vəhənə” sözü “zəiflədi, gücdən düşdü, yetərsiz qaldı” mənalarını verir.
قَالَ رَبِّ إِنِّى وَهَنَ ٱلْعَظْمُ مِنِّى وَٱشْتَعَلَ ٱلرَّأْسُ شَيْبًۭا وَلَمْ أَكُنۢ بِدُعَآئِكَ رَبِّ شَقِيًّۭا ٤
Belə demişdi: “Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam. (Nə dua etmişəmsə, qəbul olunmuşdur).
Məryəm surəsinin 4-cü ayəsində keçən “vəhənə” sözü “zəiflədi, gücdən düşdü, yetərsiz qaldı” mənalarını verir. Bu ayədə yaşlılıqla birlikdə sümükdə baş verən dəyişikliyi təsvir etmək üçün istifadə olunan söz son dərəcə hikmətlidir. Çünki yalnız bugünkü texnologiya ilə ətraflı ölçmələr aparıla bilən sümük müayinələri “sümük əriməsi” kimi tanınan xəstəliyin görüntülənməsini mümkün edib.


Tibbdə “osteoporoz” adlanan bu xəstəlik sümüklərin kütlə itirməsinə səbəb olan sümük maddələr mübadiləsi xəstəliyidir. Osteoporoz sözü “osteo” (sümük) və “poroz” (deşikli) sözlərinin birləşməsindən yaranıb. Sümük bal pətəyi görünüşündədir və başda kalsium olmaqla mühüm mineralları özündə saxlayır. Qırx yaş ətrafında sümük kütləsi yavaş-yavaş azalmağa başlayır. Daha çox yaşlılarda görülən və sümük toxumasının sıxlığının azalması ilə ortaya çıxan bu xəstəlik irəli mərhələlərdə sümüklərin asanlıqla sınmasına səbəb olur.
Rentgen şüalarının belə 1890-cı illərdə kəşf edildiyini nəzərə alsaq, keçmişdə sümüklərlə bağlı bir müəyyənləşdirmə aparmağın çətinliyi daha yaxşı anlaşılar. Quranda əsrlər əvvəl bugünkü tibbi bilikləri təsdiqləyən müəyyənləşdirmələrin yer alması Quranın Allah dərgahından olduğunun açıq göstəricilərindən biridir.


